YAP bələdiyyə seçkilərinə "Xalqa xidmət naminə" şüarı ilə gedir
18.11.2009 [01:21]
Dünən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələrinin yığıncağı keçirilib. Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov bələdiyyə seçkiləri kampaniyasında namizədlərin irəli sürülməsi mərhələsinin artıq başa çatdığını bildirib. Onun sözlərinə görə, YAP hər bir seçkidə olduğu kimi, bu il keçiriləcək bələdiyyə seçkilərinə də çox ciddi və məsuliyyətlə hazırlaşır. Əli Əhmədov qeyd edib ki, bütövlükdə, ölkə üzrə bələdiyyə üzvlüyünə 28 min nəfərə qədər namizəd qeydə alınıb. Onların da 15 min 637 nəfəri YAP-ın rəsmi şəkildə irəli sürdüyü namizədlərdir. “Partiyamız ölkə üzrə 1718 bələdiyyənin hər birinə müvafiq sayda namizədlər irəli sürüb. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, həm partiyamız tərəfindən bələdiyyələrə namizədlərin irəli sürülməsi kampaniyası, həm də namizədlərin dairə seçki komissiyaları tərəfindən qeydə alınması üçün imzaların toplanılması, müvafiq sənədlərin hazırlanması kampaniyası uğurla həyata keçirilib. 1718 bələdiyyə üzrə 15682 yerə Yeni Azərbaycan Partiyasının irəli sürdüyü 15637 namizəd qeydə alınıb. Qeydə alınan namizədlərin 4794 nəfəri hazırda bələdiyyə üzvləridir və yenidən bələdiyyə seçkilərində iştirak edir. Namizədlərin təxminən 30 faizi gənclərdir. Qadınların namizədlər sırasında çəkisi də bu səviyyədədir” - deyə YAP Sədrinin müavini vurğulayıb.
Partiya və onun yerli təşkilatları tərəfindən bələdiyyə üzvlüyünə ən layiqli namizədlərin irəli sürüldüyünü deyən Əli Əhmədov onların bu etimadı doğruldacaqlarına və seçkilərdə qələbə qazanacaqları təqdirdə əhaliyə layiqli xidmət göstərəcəklərinə inandığını bildirib. Onun sözlərinə görə, 2004-cü ildə keçirilmiş seçkilərin nəticələrinə əsasən YAP üzvlərinin bələdiyyələrdə təmsilçiliyi 60 faiz olub. Sonradan bəzi bələdiyyə üzvlərinin YAP-a keçməsi nəticəsində partiyanın yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi 64 faizə yüksəlib. “İndiki seçkilərdə də məqsədimiz partiyamızın bələdiyyələrdə təmsilçiliyini minimum bu səviyyədə saxlamaq və daha yüksək nəticəni əldə etməkdən ibarətdir” - deyə YAP Sədrinin müavini vurğulayıb.
Hazırda fəaliyyətdə olan bələdiyyələrin tərkibində qadınların və gənclərin təmsilçiliyinin aşağı olduğunu xatırladan Əli Əhmədovun sözlərinə görə, hər iki təbəqə cəmiyyətdə böyük potensiala malikdir. Ona görə də, qarşıdan gələn seçkilərdə qadınların və gənclərin təmsilçiliyinə xüsusi diqqət yetirilib. O, bildirib ki, Azərbaycanda əhalinin 51 faizini qadınlar təşkil etdiyi halda, onların bələdiyyələrdə təmsilçiliyi cəmi 3 faizdir: “Bu, çox aşağı göstəricidir. çünki qadınlar ölkənin ictimai-siyasi həyatında fəal rol oynayırlar. Eyni zamanda, onların dövlət strukturlarında təmsilçiliyi də qənaətbəxşdir. Belə olan halda, bələdiyyələrdə də qadınların yüksək göstəricilərlə təmsilçiliyi vacibdir. Nəzərə alsaq ki, bələdiyyələr yerli sosial məsələlərlə, məişət problemlərilə məşğul olur, qadınlar bu proseslərdə cəmiyyətə böyük töhfələr verə bilər”.
Əli Əhmədov bildirib ki, bu gün Azərbaycanda yüksək biliyə, müasir dünyagörüşünə malik olan gənc nəsil formalaşıb. Belə olan halda, yerli məsələlərin həllinə müasir yanaşmalar önəmlidir: “Amma hazırda bələdiyyələrdə gənclərin təmsilçiliyi 5 faizdir. Bu göstəricini də dəyişmək qarşımızda duran vəzifələrdəndir. Biz bu potensialdan səmərəli istifadə etməyi qarşımıza məqsəd qoymuşuq”.
YAP Sədrinin müavini qeyd edib ki, cəmiyyətdə bələdiyyələrə olan münasibəti daha da yüksəltmək vacibdir. Bu baxımdan, gənclərin və qadınların təmsilçiliyinə üstünlük verilməsi də bələdiyyələrin fəaliyyətində müsbət dəyişikliklərə səbəb olacaq.
ölkə üzrə yalnız YAP-ın bu seçkilərdə partiya şəklində iştirak etdiyini bildirən Əli Əhmədov qeyd edib ki, bu, partiyamızın gücünü göstərən amillərdən biridir.
Onun sözlərinə görə, YAP bələdiyyə seçkiləri ilə bağlı seçki proqramı qəbul edib və seçkilərə “Xalqa xidmət naminə” şüarı ilə gedir. Həmin proqramda bələdiyyələrin və üzvlərinin vəzifələri, əhaliyə keyfiyyətli xidmətin göstərilməsi imkanları əks olunub. Bu fakt partiyanın bələdiyyələrin işinə, əhali qarşısındakı məsulliyyətinə verdiyi önəmin ifadəsi kimi də qəbul oluna bilər. Noyabrın 25-də təşviqat kampaniyasına start veriləcəyini deyən Əli Əhmədov bu prosesin konkret bələdiyyə ərazilərində həyata keçirilməsinə xüsusi diqqət yetiriləcəyini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

