/ / Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
26.10.2019 [10:18]
Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev deyib: “Hörmətli Qurbanqulu Məlikquliyeviç, xoş gəlmisiniz.
Sizi Azərbaycan torpağında yenidən görməyimə şadam. Bu yaxınlarda Sizinlə Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşmüşük. Fürsətdən istifadə edib Sizi həmin iclasın gözəl təşkili münasibətilə təbrik etmək və əlbəttə, Aşqabad haqqında təəssüratlarımı bir daha bölüşmək istərdim. Mən Sizin ölkənizdə tez-tez oluram və orada böyük dəyişiklikləri görürəm. Bunu Sizə Aşqabadda da demişdim, indi də demək istəyirəm. Bu, şəhərsalma və şəhərin, onun infrastrukturunun müasir dinamik inkişafı, vətəndaşlar üçün, sakinlər üçün yaxşı şərait yaradılması nümunəsidir.
Əlbəttə, biz gündəlikdəki ikitərəfli məsələlər barədə bir daha fikir mübadiləsi aparmaq imkanını əldən verə bilmərik. Biz müntəzəm olaraq görüşürük. Keçən il Sizin ölkənizə rəsmi səfərimi, bundan əvvəlki görüşümüzü böyük məmnuniyyətlə xatırlayıram. Bu gün biz praktiki olaraq bütün sahələri əhatə edən ikitərəfli inkişafla bağlı mühüm məsələləri müzakirə edəcəyik.
Ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərinin böyük tarixi əsası var. Xalqlarımız çoxəsrlik tarix ərzində həmişə bir-birinə qardaşlıq münasibəti bəsləyib. Biz də bu ənənələri davam etdiririk. Buna görə Sizə bir daha səmimi qəlbdən “Xoş gəlmisiniz!” deyirəm və təşəkkür edirəm ki, Türkmənistan Qoşulmama Hərəkatının Zirvə Görüşündə ən yüksək səviyyədə iştirak edir”.
* * *
Prezident Qurbanqulu Berdiməhəmmədov deyib: “Hörmətli İlham Heydər oğlu, Türkmənistanın ünvanına səmimi ürək sözlərinizə görə sağ olun. Mən də Sizə təşəkkür etmək istərdim ki, məni Qoşulmama Hərəkatının iştirakçısı olan ölkələrin XVIII Zirvə Görüşünə dəvət etmisiniz. Mən bəri başdan Sizi təbrik etmək istəyirəm. Zirvə Görüşü ən yüksək və mütəşəkkil səviyyədə keçir. Bu münasibətlə Sizi təbrik edirəm. Əlbəttə, Zirvə Görüşünün mahiyyəti bütün dünyada sabitliyin, təhlükəsizliyin və sülhün möhkəmləndirilməsidir. Burada bizim iqtisadi münasibətlərimiz və ən başlıcası, deyərdim ki, humanitar və beynəlxalq məsələlər mühüm rol oynayır. Yəqin ki, hər bir dövlətdə məhz onun öz maraqları mühüm rol oynayır. Bu, hərəkat üzvlərinin bugünkü çıxışlarından da aydın görünürdü. Hər bir dövlətin suverenliyi, ərazi bütövlüyü yəqin ki, çox böyük əhəmiyyət kəsb edir. Buna görə bildiyiniz kimi, biz də bitərəf ölkəyik, Türkmənistan neytraldır. Biz Sizin qonşularınız, qardaşlarınızıq. Əlbəttə, biz buna Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi mövqeyindən də baxırıq ki, heç vaxt qarşıdurma olmasın. Bütün bu məsələləri, əlbəttə, siyasi, diplomatik vasitələrlə həll etmək lazımdır. Buna görə bu gün bəlkə də bütün beynəlxalq arena üçün çox vacib Zirvə Görüşünün uğurlu keçirilməsi münasibətilə Sizi bir daha təbrik etmək istəyirəm.
Bir söz də demək istərdim və bu, kompliment deyil. Qədim Xəzərin sahilindəki Bakı həmişəki kimi gəncləşir və gözəlləşir. Onun özünəməxsus memarlığı var. İnsan burada gördüklərinə hər dəfə sevinir. Buna görə öz adımdan Sizi təbrik etmək istərdim ki, bu gün müasir Bakı daha da gözəlləşir.
Bizim ikitərəfli münasibətlərimizə gəldikdə, Siz də dediyiniz kimi, siyasət məsələsini, əlbəttə ki, bərabər xatırladıq. İqtisadi məsələlərə gəldikdə, qeyd etmək istərdim ki, onlar yüksələn xətt üzrə inkişaf edir və belə də olmalıdır. Sevindirici haldır ki, enerji təhlükəsizliyi məsələlərində biz eyni mövqedəyik. Ümumiyyətlə, Sizə təşəkkür edirəm ki, bu gün biz nəqliyyat və tranzit dəhlizlərini nəinki regionda, daha geniş miqyasda birlikdə inkişaf etdiririk. Sevindiricidir ki, bizdə bütün bu məsələləri İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əlaqələndirir. Buna görə dəvət üçün Sizə bir daha təşəkkür etmək, dövləti fəaliyyətinizdə bundan sonra da uğurlar diləmək, ən xoş arzularımı bildirmək, qardaş Azərbaycan xalqına firavanlıq, xoşbəxtlik arzu etmək istərdim. Bir daha sağ olun”.
Prezident İlham Əliyev: Sağ olun.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31

