/ / Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14.11.2019 [09:48]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz. Çox şadam ki, qardaş ölkə sabah keçiriləcək dünya dini liderlərinin Zirvə Görüşündə yüksək səviyyədə iştirak edəcək. Həm bu Zirvə Görüşündə iştirak çox önəmlidir, eyni zamanda, yaxşı fürsətdir ki, ikitərəfli məsələləri də müzakirə edək.
Bildiyiniz kimi, bu yaxınlarda İran İslam Respublikasının Prezidenti cənab Ruhani Azərbaycanda səfərdə idi, Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak edirdi. Səfər çərçivəsində bizim görüşümüz olmuşdur. Çox yaxşı görüş oldu. Görüş zamanı gündəlikdə duran bir çox ikitərəfli məsələləri müzakirə etdik. Bir daha gördük ki, İran-Azərbaycan əlaqələri yüksək səviyyədədir, uğurla inkişaf edir. İmzalanmış bütün sənədlər, əldə olunmuş razılaşmalar icra edilir. Bu, onu göstərir ki, əlaqələr çox səmərəlidir və yaxşı nəticə verir. Əminəm ki, gələcəkdə bu əlaqələrin inkişafı üçün hər iki tərəf öz səylərini göstərəcək və əldə edilmiş bütün razılaşmalar həyatda öz yerini tutacaqdır”.
* * *
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi deyib: “Çox sağ olun, təşəkkür edirəm. Bizə vaxt ayırdığınıza və bizi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. İki il bundan əvvəl mənə belə bir fürsət yarandı, xanım Mehriban Əliyeva ilə görüşdüm və indiyədək həmin görüşü xatırlayıram, xoş təəssüratları yadımdadır.
Əvvəlcə, istərdim ki, öz dövlətimin, İran İslam Respublikası dövlətinin və xalqının səmimi salamlarını Sizə çatdırım. Bizimlə Azərbaycan arasında müştərəkliklər, bağlılıqlar çoxdur. Mən uşaqlıqdan Azərbaycan dilini nənəmdən öyrənmişəm. İllər keçdikcə bu dili mənə öyrətdiyinə görə və öz sinəsindən mənim sinəmə bu dili nəql etdiyinə görə həmişə ona dua edirəm.
Bizimlə sizin aranızda bir çox bağlılıqlar, müştərəkliklər var, o cümlədən mədəni sahədə. Buna görə də biz mədəni sahədə bir çox birgə layihələr həyata keçirmişik və əməkdaşlıqlar etmişik. Mədəniyyət Nazirliyi ilə bir çox proqramlar, layihələr icra etmişik, gələcəkdə də bunu davam etdirəcəyik”.
* * *
Söhbət zamanı ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsində dövlət başçıları arasında mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyəti qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

