/ / Prezident İlham Əliyev: Ötən il ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu olub
Prezident İlham Əliyev: Ötən il ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu olub
06.02.2020 [09:18]
Dövlətimizin başçısı Qırğızıstanın Xarici İşlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, nazir Çingiz Aydarbekov Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Qırğızıstan Prezidentinə çatdırmağı xahiş edib.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Xoş gəlmisiniz, sizi görməyimə şadam. Sabah sizin mühüm tədbiriniz başlayır. Əminəm ki, tədbir bizim ötən il keçirdiyimiz Sammit zamanı dövlət başçıları tərəfindən verilən bütün tapşırıqlar ruhunda yaxşı keçəcək. Əlbəttə, təşkilatımız ildən-ilə güclənir və bütün türkdilli dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsi üzrə çox mühüm məsələləri həll edir. Son zamanlar həm siyasi qarşılıqlı fəaliyyət planında, eyni zamanda, iqtisadi inteqrasiya üzrə və mədəniyyət, təhsil sahələrində çoxlu təşəbbüslər irəli sürülüb. Həm fond yaradılıb, həm də akademiya fəaliyyət göstərir. Beləliklə, biz öz işimizi daha məzmunlu edirik.
Hesab edirəm ki, ötən il ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu olub. Mən beynəlxalq tədbirlər çərçivəsində Prezidentlə bir neçə dəfə görüşmüşəm. Əməkdaşlığın möhkəmlənməsi istiqamətində bu il də mühüm tədbirlər nəzərdə tutulub. Qırğızıstan bizim üçün çox yaxın ölkədir, qardaş ölkədir və biz ikitərəfli qarşılıqlı fəaliyyəti inkişaf etdirmək istəyirik. Beləliklə, düşünürəm ki, bu il siz öz həmkarınızla birgə həyata keçirəcəyiniz tədbirləri müəyyən edəcəksiniz”.
Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov deyib: “Hörmətli İlham Heydər oğlu, çox sağ olun. İlk növbədə, Sizə təşəkkürümü bildirmək istərdim. Gərgin iş rejiminə baxmayaraq, Siz görüşmək və hər şeydən əvvəl Qırğızıstan-Azərbaycan münasibətlərinin perspektivlərini müzakirə etmək üçün vaxt tapdınız. Siz qeyd etdiyiniz kimi, ötən il və ondan əvvəlki il Sizin şəxsi diqqətiniz və qardaşlıq, dostluq münasibətlərimizi möhkəmləndirmək istiqamətində bizim Prezidentin səyləri sayəsində əməkdaşlıq çox fəal şəkildə inkişaf edib. Ötən il türkdilli dövlətlərin başçılarının Bakı Sammitində tarixi hadisə baş verdi, təşkilatımız böyüdü, bundan başqa, Avropada Türk Şurasının ofisi açıldı. Zənnimizcə, Sizin bizim Prezidentimizlə çox vacib görüşünüz oldu. Həmin görüşdə siz tərəflərin hökumətlərinin icra etdikləri, reallaşdırdıqları konkret perspektiv, aktual razılaşmaları müəyyən etdiniz. Onların arasında Qırğız-Azərbaycan məktəbinin, Qırğız-Azərbaycan dostluq parkının tikintisi haqqında razılaşma da var. Ötən il dekabrın 24-də biz məktəbin təməlini qoyduq. Bu il yanvarın 10-da isə şəxsən bizim Prezidentin iştirakı ilə, - o, qardaşlıq münasibətlərimizə böyük diqqət yetirir, - park zonasının təməlqoyma mərasimi oldu. Bu, şəhərimizin ən mötəbər nöqtəsidir və şəhərimizin sakinləri bunu böyük ruh yüksəkliyi ilə qarşıladılar. Biz Sizin Qırğız Respublikasına rəsmi səfərinizi səbirsizliklə gözləyirik”.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00

