Azərbaycan İKT-nin son modellərini və ən qabaqcıl texnologiyalarını tətbiq edir
03.02.2010 [09:18]
Beynəlxalq iqtisadi tədqiqat mərkəzlərinin ekspertlərinin proqnozlarına görə, qlobal maliyyə böhranından sonra dünya iqtisadiyyatında ən yüksək inkişaf meyilləri informasiya-kommunikasiya texnologiyaları sektorunda müşahidə olunacaq. Mütəxəssislərin qənaətinə görə, İKT bölməsi real sektorun aparıcı sahəsi olmaqla iqtisadiyyatda dinamizmə əlverişli zəmin yaradacaq. Postböhran dövründən sonra informasiya-kommunikasiya texnologiyaları sektoru həlledici mərhələyə qədəm qoyacaq və iqtisadiyyatın maliyyə bazasını təşkil edən sahələrdən birinə çevriləcək. Hətta İKT bir neçə ildən sonra əksər dövlətlərin ümumi Daxili Məhsulunda neft gəlirlərinə bərabər bölmə olacaq. Bir sözlə, informasiya-kommunikasiya texnologiyaları sektoru dünya ölkələrinin əksəriyyətinin “qara qızılı” hesab olunacaq.
İnformasiya-kommunikasiya texnologiyalarının yüksək inkişafı müşahidə olunan Azərbaycanda da bu sektorun perspektiv imkanları üçün əlverişli şərait mövcuddur. Azərbaycan hökumətinin həyata keçirdiyi effektiv investisiya siyasəti bu sahəyə cəlb olunan sərmayələrin həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Son illərdə xarici investorların fəaliyyəti üçün münbit şəraitin yaradılması bu sahəyə yatırılan vəsaitlərin həcminin bir neçə dəfə yüksəlməsinə imkan verib. Qeyd edək ki, İKT yatırılan sərmayələrin müqabilində ən çox gəlir gətirən sahə sayılır, buna görə də, xarici sərmayəçilər bu sahəyə xüsusi maraq göstərirlər. Bu gün dünyanın ən nüfuzlu rabitə şirkətləri ölkəmizdə fəaliyyət göstərir. Eyni zamanda, informasiya-texnologiyaları ilə bağlı ölkəmizdə keçirilən beynəlxalq sərgilərə qatılan xarici şirkətlərin sayının artması da bu sahəyə olan böyük marağın göstəricisi sayıla bilər. Son 6 ildə ölkəmizdə təşkil olunan “BakuTel” sərgisində iştirak edən dövlətlərin sayı 26-ya, şirkətlərin sayı isə 800-ə çatıb ki, bu da İKT sektoruna olan diqqət və qayğının nümunəsi sayıla bilər. Bu cür tədbirlər xarici investorların Azərbaycana olan marağının daha da güclənməsinə böyük stimul verir.
Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə bir çox dövlətləri üstələyib. Son 6 ildə informasiya-kommunikasiya texnologiyalarının illik artım tempi dünya inkişaf tempini 2,7 dəfə qabaqlayıb. Bu illər ərzində mobil abunəçilərin sayı 7 dəfə, internet istifadəçilərinin sayı isə 10 dəfə çoxalıb və hazırda 1,5 milyon nəfərə çatıb. Azərbaycan hazırda hər internet istifadəçisinə düşən orta xarici çıxış tutumuna görə Yaponiya, Koreya, Sinqapur kimi ölkələrlə eyni sırada dayanır. 2005-ci ildən etibarən İKT üzrə Dövlət Proqramının icrasına başlanılması rabitə bölməsində dinamizmi daha da möhkəmləndirib.
İKT yaxın zamanlarda real sektorun əsasını təşkil edəcək. Proqnozlara görə, 2015-2020-ci illərdə informasiya-kommunikasiya sektorundan daxil olan valyutalar neftdən əldə olunan gəlirlərə çata bilər. Təkcə, 2015-ci ildə bu sahədən 15-20 milyard dollar gəlir əldə edilməsi nəzərdə tutulur.
Respublikamız informasiya texnologiyalarının vəziyyətinə dair beynəlxalq hesabatlarda MDB və bir sıra Şərqi Avropa dövlətlərini qabaqlayır. ölkəmizin bu sahədə qazandığı nailiyyətlər beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməkdədir. Beynəlxalq Telekommunikasiya İttifaqı, ümumdünya İnformasiya Texnologiyaları Təşkilatı, Dünya İqtisadi Forumu və digər təşkilatlar Azərbaycanı regionda aparıcı İKT ölkəsi kimi qiymətləndirirlər.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün çox gözəl imkanlar vardır: “Biz qısa müddət ərzində bu sahədə böyük uğurlara nail ola bildik. Mən yenə də dünyanın aparıcı beynəlxalq qurumunun hesablamalarına istinad etmək istəyirəm. Dünya İqtisadi Forumu Azərbaycanı informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində çox yüksək qiymətləndirir və biz MDB məkanında ən qabaqcıl yerlərdəyik, bəlkə də, birinciyik. Azərbaycanda kosmik sənayenin yaradılması son illər ərzində görülən əməli işlərin məntiqi nəticəsidir. Yəni, biz daim qabağa baxmalıyıq, irəliyə baxmalıyıq. Əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Bu gün əldə edilmiş nailiyyət sabah daha da böyük addımın atılması üçün əsas olmalıdır. Xüsusilə, dünyada sürətlə inkişaf edən informasiya texnologiyaları sahəsində biz hər zaman bir addım öndə olmalıyıq, rəqibləri də, zamanı da qabaqlamalıyıq”.
Azərbaycanda İKT-nin son modellərinin və ən qabaqcıl texnologiyaların tətbiq edilməsi istiqamətində davamlı işlər aparılır. Artıq respublikamız İKT-nin ən son yeniliklərini - genişzolaqlı rabitə və telekommunikasiyalar, kabel rabitəsi və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, teleradio yayım avadanlığı, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank xidmətləri, elektron biznes və elektron hökumət sisteminə aid texnologiyaları təqdim etməkdədir. 3G və 4G kimi son texnologiyaların tətbiqi isə İKT-nin perspektiv imkanlarının genişliyindən xəbər verir. Eyni zamanda, respublikamızda nano və biotexnologiyaların, kosmik sənayenin inkişafı, beynəlxalq kommunikasiya mərkəzinin və qlobal informasiya bankının yaradılması nəzərdə tutulur. ABŞ-ın “Orbital” şirkəti isə süni peyk istehsalı sahəsində ölkəmizlə əməkdaşlığa başlayıb və Azərbaycanın kosmosa buraxılacaq süni peyklərini həmin şirkət hazırlayacaq. Respublikamız 2012-ci ildə orbitə ilk süni peykini buraxacaq. Bütün bu kompleks tədbirlərin həyata keçirilməsi Azərbaycanın transrabitə şəbəkəsinin strateji mərkəzlərindən biri kimi dünya miqyasında nüfuzunun daha da artmasına imkan yaradacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 14:58
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

