Bakıda sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatının təntənəli açılışı olub
14.04.2010 [09:28]
Dünən Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatının təntənəli açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Mərasimə toplaşanlar Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.
Gənc idmançılar çempionatın iştirakçıları olan ölkələrin bayraqlarını yarışların keçirildiyi salona gətiriblər.
çempionata Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 güləşçi qatılıb.
Aprelin 10-da Smolenskdə təyyarə qəzasında faciəli surətdə həlak olmuş Polşa Prezidenti Lex Kaçinskinin və onu müşayiət edən yüksək vəzifəli dövlət və hökumət nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov çıxış edərək yarış iştirakçılarını qədim Azərbaycan torpağında salamlayıb. Nazir deyib ki, son vaxtlar dünyanın idman mərkəzlərindən birinə çevrilmiş Azərbaycanda beynəlxalq yarışların keçirilməsi sevindirici haldır. Təkcə bu ilin aprel ayında Bakı 4 mötəbər beynəlxalq yarışa ev sahibliyi edir. Məhz bu fakt ölkəmizdə idmanın inkişafını və onun dünyanın idman mərkəzlərindən birinə çevrilməsini əyani sübut edir.
Azad Rəhimov bildirib ki, bütün bunlar dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana olan diqqət və qayğısı nəticəsində mümkün olub. Hazırda ölkəmizdə idman sürətlə inkişaf edir, idmanın maddi-texniki bazası möhkəmlənir. Azərbaycanın bütün şəhər və rayonlarında müasir standartlara cavab verən idman kompleksləri tikilir.
Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyasının (FİLA) prezidenti Rafael Martinetti idmanın, xüsusən də güləşin inkişafı sahəsində göstərdiyi böyük diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib, bu yarışın da yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. R.Martinetti deyib: “Olimpiya oyunlarına gedən yolun mühüm mərhələsi olan bu Avropa çempionatı hər bir ölkə üçün vacibdir. çünki London oyunlarında medalları udacaq gələcək qaliblər bu yarışa qatılan güləşçilərin arasındadır”.
Azərbaycan Güləş Federasiyasına və ölkənin idman ictimaiyyətinə qitə çempionatını yüksək səviyyədə təşkil etdiklərinə görə minnətdarlığını bildirən Avropa İdman Güləşi Federasiyasının (CELA) prezidenti Tseno Tsenov CELA-nın üzvü olan bütün federasiyalar adından Azərbaycanda, Avropada və bütün dünyada güləşin inkişafına hərtərəfli dəstək verən dövlətimizin başçısı İlham Əliyevə hörmət və ehtiramını bildirib. Son illər Azərbaycan güləşçilərinin böyük uğurları, o cümlədən Avropa çempionatının bütün iştirakçıları üçün yaradılmış şərait yüksək qiymətə layiqdir.
Qitə miqyaslı belə mötəbər tədbirin keçirilməsini Azərbaycana həvalə etdiklərinə görə FİLA-nın rəhbərliyinə minnətdarlığını bildirən Milli Güləş Federasiyasının prezidenti Fazil Məmmədov dedi ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman oyunlarından biri olub. Güləşin idman növü kimi formalaşdığı ilk dövrlərdən başlayaraq pəhləvanlarımızın şan-şöhrəti bütün dünyaya yayılıb.
Federasiyanın rəhbəri ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğısını xüsusi vurğulayıb.
Bütün iştirakçılara idman uğurları arzulayan Fazil Məmmədov çempionatı açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
ölkəmizin incəsənət xadimlərinin, rəqs kollektivlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim edilib.
Sonra sərbəst güləşçilər mübarizəyə başlayıblar. 55 kiloqram çəki dərəcəsində Azərbaycan idmançısı Mahmud Məhəmmədov Bolqarıstan təmsilçisi Radoslav Marinov-Velikova qalib gələrək Avropa çempionu olub. FİLA prezidenti Rafael Martinetti bu parlaq qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
66 kiloqram çəki dərəcəsində finalda Azərbaycan güləşçisi Cəbrayıl Həsənov Rusiya idmançısı Maqomedmurad Hacıyevlə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan qalib çıxıb. Görüşü yüksək səviyyədə keçirən güləşçimiz rəqib üzərində təmiz qələbəyə nail olaraq ölkəmizə Avropa çempionatında ikinci qızıl medal qazandırıb.
Sonra 55 kiloqram çəki dərəcəsində fərqlənən idmançılara medalların təqdimetmə mərasimi olub. Bu çəkidə çempion adını qazanan Azərbaycan güləşçisi Mahmud Məhəmmədovun şərəfinə ölkəmizin dövlət himni səsləndirilib, Azərbaycan bayrağı qaldırılıb.
84 kiloqram çəki dərəcəsində final qarşılaşmasında Azərbaycan idmançısı Şərif Şərifov isə gümüş medal qazanıb.
Beləliklə, yarışların ilk günündə Azərbaycan güləşçiləri idman tariximizə daha bir parlaq qələbə yazıblar. İki dəfə dövlətimizin himni səsləndi. Azərbaycan güləş məktəbinin yetirmələri növbəti dəfə idmançılarımızın gücünü bütün dünyaya göstəriblər.
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03

