Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadirdir
16.04.2010 [09:43]
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasət nəticəsində, ölkə əhalisinin bir milyona yaxını qaçqın və məcburi köçkün düşüb, ərazilərimizin 20 faizi işğal altındadır. Artıq 20 ilə yaxındır davam edən təcavüzkar siyasətin nəticəsində, beynəlxalq hüquq normaları pozulub, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrə əməl edilməyib.
Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həlledici mərhələyə qədəm qoyulub. İki il ərzində aparılan intensiv danışıqlar münaqişənin həllinə ümid yaradıb. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında Prezident İlham Əliyevin bildirdiyi kimi, münaqişə öz həllini ancaq beynəlxalq hüquq normaları əsasında tapa bilər. Bunun üçünsə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilməli, işğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxarılmalıdır. Digər tərəfdən, Azərbaycan vətəndaşları - qaçqınlar, köçkünlər işğal edilmiş bütün ərazilərə, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar. Prezident İlham Əliyev bildirib ki, Dağlıq Qarabağın əldə edəcəyi hər hansı bir status ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.
Təəssüf ki, uzun illərdir davam edən bu prosesin konstruktiv yolla həllinə ən böyük maneə elə Ermənistan dövlətinin özü olub. Danışıqlar prosesində tutduğu qeyri-konstruktiv mövqedən əl çəkməyən rəsmi İrəvan bununla da problemin həllinin vaxtını uzadır. Azərbaycanın isə mövqeyi birmənalı və dəyişilməzdir. Prezident İlham Əliyev bildirib ki, artıq Ermənistan da öz mövqeyini bildirməlidir. Dövlət başçısı qarşı tərəfin səmimi olmadığını da vurğulayıb. Amma bu qeyri-səmimi durum uzana bilməz. Ermənistan məkrli, riyakar və yalançı siyasətinə son verməlidir: “Həm keçən ilin noyabr ayında Münxen şəhərində Ermənistan prezidenti ilə apardığım danışıqlarda və son dəfə Soçidə Rusiya Prezidenti Medvedevin təşəbbüsü ilə növbəti üçtərəfli görüş əsnasında Azərbaycan rəsmi şəkildə öz mövqeyini bildirib ki, prinsip etibarilə yenilənmiş Madrid prinsipləri üzərində verilən təklif bizim üçün məqbuldur, o təklifdə bizim üçün narahatedici məqamlar çox azlıq təşkil edir. Orada kiçik istisnalar etməklə o təklif əsas kimi götürülməlidir və bu təklifin əsasında sülh sazişi hazırlanmalıdır. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi bu günə qədər öz mövqeyini bildirməyib”.
Həqiqətən də, bu gün Dağlıq Qarabağ münaqişəsinin həli istiqamətində mühüm bir dövrə qədəm qoyulub. Artıq münaqişənin həlli ilə bağlı prosesin hansı istiqamətdə davam edəcəyinə Ermənistan qərar verməlidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, ya təkliflər qəbul ediləcək və konkret saziş üzərində işlənəcək, ya da təklif qəbul edilməyəcək. Belə olan təqdirdə isə yaranan mənzərə imitativ xarakter daşıyacaq ki, bu da Azərbaycanın mənafeyinə uyğun deyil. Azərbaycan münaqişənin həllinə çalışır: “Mən müxtəlif dövrlərdə, müxtəlif mərhələlərdə demişəm ki, biz imitasiya naminə danışıqlar aparmayacağıq. O vaxta qədər aparacağıq ki, bizdə ümid var ki, onlardan bir nəticə çıxacaqdır. Əgər gördük ki, burada heç bir ümid yoxdur, onda danışıqlar dayanmalıdır və əlbəttə ki, bu prosesdə yeni mərhələ başlanacaqdır. O mərhələ nədən ibarət olacaq, bunu hələ ki, demək tezdir”.
Bəli, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın istənilən ssenariyə hazır olduğu hər kəsə bəllidir. Bu gün həm Ermənistana, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə bəllidir ki, Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Buna isə həm Azərbaycanın gücü, iqtisadiyyatı, həm siyasi durumu, həm də beynəlxalq hüquq imkan verir. Prezident İlham Əliyev də vurğulayıb ki, Ermənistan tərəfinin danışıqları pozması həmsədr ölkələrə bəllidir və bu ölkə ilə ciddi iş aparılmalıdır.
Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün regionun inkişafı baxımından da mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan bütün hadisələrə öz milli maraqları çərçivəsində yanaşır və bəzi xarici güclərin Ermənistana yardım etmək üçün beynəlxalq hüquq normalarını pozduğu açıq-aydın ortadadır: “Əgər bizim maraqlarımız kənara qoyulursa, əgər torpaqlarımızın işğalına göz yumulursa və işğalçı dövləti çətin, ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün min bir səy göstərilirsə, Azərbaycan ictimaiyyəti bunu necə qəbul edə bilər?! Nə üçün işğalçı ölkəyə təzyiqlər göstərilmir?! Nə üçün Azərbaycan bugünkü danışıqlarda demək olar ki, ən böyük konstruktivlik nümayiş etdirir, Ermənistan danışıqları pozur?! Ermənistanı bu ağır vəziyyətdən çıxarmaq cəhdlərini biz görürük”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

