/ / Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm dayaqlar üzərində inkişaf etməsi bir millət, iki dövlətin arzusudur
Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm dayaqlar üzərində inkişaf etməsi bir millət, iki dövlətin arzusudur
20.05.2010 [10:11]
Hər zaman qardaşlığı və yüksək əməkdaşlıq əlaqələri ilə dünyaya örnək olan Azərbaycan-Türkiyə birliyi davamlılığını, sarsılmazlığını bir daha nümayiş etdirdi. üç gün öncə Bakıda səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasındakı əlaqələrə, həmçinin münasibətlərimizə istər daxildən, istərsə də xaricdən kölgə salmaq istəyənlərə bir daha layiqli cavab verdi: “Bizlər bir ailənin fərdləriyik. Ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi, “bir millət, iki dövlətik”...
Bəli, bu iki dövlət hər zaman qardaşlıqlarını əməllərində sübut ediblər. Tarixin bütün dönəmlərində Azərbaycan və Türkiyə qardaşlığı sarsılmaz olub. Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə olub: “O gündən bu günə qədər biz bütün dövrlərdə və bütün istiqamətlərdə birlikdə fəaliyyət göstəririk. Bizim aramızda dostluq, qardaşlıq münasibətləri çox yüksək səviyyədədir”.
Qeyd etmək yerinə düşər ki, ötən əsrin əvvəllərində Türkiyə ilə Azərbaycan düşdükləri çətin durumlarda bir-birlərinə əl uzadıb, problemlərin həllində əhəmiyyətli rol oynayıblar. İstər Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun Bakını erməni daşnaklarından xilası, istərsə Mustafa Kamal Atatürkün çağırışı ilə Türkiyəyə dəstək verən azərbaycanlıların qəhrəmanlığı bu qardaşlığın təməlini daha da möhkəmləndirib. Eyni zamanda, XX əsrin sonunda müstəqillik əldə edən ölkəmiz hər zaman Türkiyənin dəstəyini hiss edib. 1993-cü ildə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq təcavüzkar Ermənistanla sərhədlərin bağlanması və bütün diplomatik əlaqələrin kəsilməsi buna misaldır. ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində rəsmi Ankara hər zaman ölkəmizin maraqlarını müdafiə edib. Türkiyə rəsmiləri Ermənistan rəhbərliyi ilə keçirdikləri görüşlər zamanı da bu fikirləri önə çəkiblər.
Azərbaycan da öz növbəsində hər zaman Türkiyənin maraqlarını əsas götürüb. 1994-cü ildə imzalanan və Cənubi Qafqaz regionunun inkişafında həlledici rola malik “Əsrin müqaviləsi” layihəsində Türkiyənin iştirakında ölkəmizin və ən əsası Ulu öndər Heydər Əliyevin israrı bunu sübut edir.
Digər tərəfdən, Ermənistanın Türkiyəyə qarşı irəli sürdüyü qondarma “soyqırımı” iddiasının ifşa edilməsi istiqamətində rəsmi Bakı Ankaraya hərtərəfli dəstək göstərib. O da məlumdur ki, bir müddət öncə, bir sıra Qərb ölkələri qondarma “soyqırımı” iddiası vasitəsilə Türkiyəyə təzyiq göstərmək və rəsmi Ankaranı Ermənistanla sərhədləri açmağa məcbur etmək istədi. Məhz belə bir gərgin anda başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmaqla bütün ölkəmiz və xalqımız açıq surətdə Türkiyənin müdafiəsinə qalxdı. Azərbaycan parlamenti qondarma iddia ilə Türkiyəyə qarşı təzyiq kampaniyası aparan ölkələrə müraciətlər etdi, bu yalan iddianı təzyiq predmetinə çevirməməyə çağırdı.
Bəli, hər zaman bütün məsələlərdə bir-birinə dəstək göstərən, xoş gündə də, ağır gündə də bir-birinin yanında olan Azərbaycan və Türkiyə həqiqətən də ayrılmaz qardaş ölkələrdir. Hələ ötən əsrin əvvəllərində böyük Atatürk demişdir ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir...Əsrin sonunda isə ümummilli lider Heydər Əliyev Türkiyə ilə Azərbaycanı bir millət, iki dövlət adlandırmışdı... Qardaşlığın, birliyin simvolu kimi göstərilən Azərbaycan-Türkiyə münasibətlərinin gələcəkdə də möhkəm dayaqlarla inkişaf edəcəyi hər iki dövlətin, bütünlüklə türk millətinin arzusudur. Prezident İlham Əliyev də öz çıxışında bu qardaşlığın tarix yaşadıqca davam etdirilməsinin gərəkdiyini vurğulayıb: “Biz elə etməliyik ki, bundan sonrakı illərdə, əsrlər boyu həmişə bir yerdə olaq. Türk dünyasının böyük liderləri bizə bunu vəsiyyət etmişlər. XX əsrin əvvəllərində böyük Atatürkün məşhur kəlamları bu gün də öz aktuallığını saxlayır. XX əsrdə Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin kəlamları da bizim üçün həmişə yol göstərir. O demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz bu tarixi şəxsiyyətlərin sözlərinə sadiqik. Bu sadiqliyi ürəyimizdə saxlayırıq. Elə etməliyik ki, gələcək nəsillər də bu dostluq, qardaşlıq şəraitində yaşasınlar, daim bir-birinə kömək etsinlər, daim bir-birinin qayğıları ilə yaşasınlar”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

