Yeni tarif tənzimlənməsi nəyə xidmət edir və nələr dəyişəcək?
17.10.2021 [12:51]
Yeni tarif qiymətləri
- enerji sahəsində liberal bazar prinsiplərinin təmin edilməsi;
- bu sahəyə kənar müdaxilələrin azaldılması;
- təsərrüfat subyektlərində müstəqil idaretmə sisteminin təkmilləşməsi:
- bazar iqtisadiyyatı əsasında səmərəli xidmətin təşkil edilməsi ilə bağlı aparılan islahatların tərkib hissəsi hesab edilə bilər.
Məlumdur ki, dövlət yanacaq-enerji sektorunda fəal iştirakçı kimi qiymət tənzimləmələrinə nəzarət etməklə yanaşı, bu xidmətlərin istehsalı, tədarükü və satışı ilə məşğul olan qurumların həm də maliyyə vəziyyətlərinin yaxşılaşdırılmasında aktiv müdaxiləçi rolunu oynayaraq, hər il büdcə vəsaitlərinin və dotasiyaların ayrılmasına qərar verirdi. Nəticədə həmin təsərrüfat strukturlarının sanki dövlətdən asılılığı, ələbaxımlılığı kimi bazar qaydalarına zidd olan iqtisadi davranış formalaşmışdı.
Azad bazar iqtisadiyyatının əsas tələblərindən biri mal və xidmətlərin satışı ilə məşğul olan təsərrüfat subyektlərinin liberallığıdır. Uzun illərdir ki, təbii qaz, elektrik enerjisi, yaxud su satışı xidmətlərini göstərən dövlət kommersiya şirkətləri satdıqları mal, göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlərlə öz xərclərini tamamilə bağlaya bilmirlər. Bunun əsas səbəblərindən biri istehsal və tədarük etdikləri malın maya dəyəri ilə satış tarifi arasındakı tərs mütanasiblikdir. Məsələn, qaz tədarükçüsü olan SOCAR (“Azəriqaz” İb bu qurumun tabeliyindədir) təbii qazın maya dəyərinin daxili bazardakı satış qiymətlərindən aşağı olması səbəbindən zərərlə işləyir, yaxud topdansatış və pərakəndə satış əmsalları real xərc dəyərlərini ödəyə bilmir. Nəticədə zərəri örtmək üçün dövlədən dotasiya alır. Bu, digər dövlət şirkətlərində də xarakterik hallardan biridir. Məsələn, “Azərişıq” elektrik enerjisi üzrə mövcud tariflər əsasında işləyə bilmirdi, əsas enerji istehsalçısı olan “Azərenerji” ASC elektrik enerjisinin 96%-ni təbii qaz hesabına istehsal edir. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50%-dən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndirir. Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 6,6 qəpik müəyyənləşdirilib.
Göründüyü kimi bu qurumlar əldə etdikləri gəlirlərlə öz təsərrüfat fəaliyyətlərini tənzimləyə bilmədiyindən dövlətdən maliyyə almaqdadır. Bu, həm də onların dayanıqlılığını əngəlləyən əsas amillərdən biridir.
Bazar iqtisadiyyatı subsidiyalaşmanın azalmasını, minimallaşmasını tələb edir. Büdcə subsidiyası hesabına heç bir şirkət dayanıqlı fəaliyyət göstərə, özünün investisiya siyasətini yürüdə bilməz. Beləliklə, yanacaq-energetika sektorunda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və abonentlərin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq məqsədilə enerjinin tarif tənzimlənməsi qaçılmaz idi.
Bunun üçün liberal tarif tənzimlənməsi zəruridir və ötən gün Tarif Şurasının qərarı ilə yeni qiymət dəyişikliklərinin də əsas məqsədi bununla bağlıdır.
Nə baş verəcək?
- Tariflərin dəyişdirilməsi ilə qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin fəaliyyətinin optimallaşdırılmasına imkan yaradacaq, onların liberal bazar oprinsipləri əsasında qarşılıqlı tənzimləmə siyasəti həyata keçirməsini stimullaşdıracaq;
- Dövlət büdcəsindən asılılığının tədricən azalması, subsidiyalaşmanın aradan qalxmasına səbəb olacaq, bu qurumların dayanıqlılığını möhkəmləndirəcək.
- Yeni xidmət tarifləri həm də istehlakçılara göstərilən xidmətlərin keyfiyətinin yaxşılaşmasına, etuibarlılığına əsaslı təminat verəcək.
- Qeyd olunan təsərrüfat subyektlərinin öz maliyyə planlarını həyata keçirməsi, infrastrukturlarının yenilənməsi və əsaslı vəsait qoyuluşları, müstəqil investisiya siyasətinin yürüdülməsi üçün də imkanlar yaranmış olacaq.
- Nəticədə, dövlət yanacaq-enerji sektoruna büdcədən il ərzində xərclədiyi 100 milyonlarla manat həcmində subsidiyanı büdcənin əsas xərc bölmələrindən biri olan sosial sahəyə istiqamətləndirəcək.
- Büdcənin sosialyönümlü tədbirlərinin maliyyələşdirmə əhatəsi genişlənəcək, bu vəsaitlər isə ilk növbədə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcəkdir.
E.Cəfərli
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

