Zəfər ayının üçüncü günü
03.11.2021 [10:02]
Ötən il zəfər ayının üçüncü günü Prezident İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.
***
…Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə çıxış edən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan öz cinayətlərini ört-basdır etmək üçün Azərbaycan Ordusunun tərkibində muzdluların, hansısa üçüncü ölkənin hərbçilərinin iştirak etməsi barədə yalanlar və fantaziyalar uydurur. Hikmət Hacıyev deyib ki, əksinə, muzdlular Ermənistan silahlı qüvvələrinin tərkibində xidmət göstərirlər. Onlar işğal edilmiş ərazilərimizdə yerləşdirilib və Azərbaycan Silahlı Qüvvələrinə qarşı istifadə olunurlar. Onların əksəriyyətini erməni əsilli şəxslər təşkil etsə də, aralarında digər etnik mənsubiyyəti olanlar da var. Prezidentin köməkçisi qeyd edib ki, erməni terrorçular açıq şəkildə internet vasitəsilə müxtəlif ölkələrdən olan muzdluları Ermənistana cəlb edir və bunun müqabilində onlara maddi mükafat vəd edirlər.
Hikmət Hacıyev onu da bildirib ki, Ermənistanın ağ fosfor tərkibli mərmilərdən istifadə etməsi onun qoşulduğu beynəlxalq konvensiyalara ziddir. Ermənistanın bu kimi silahlardan istifadə etməməsi ilə bağlı öhdəliyi var. Ermənistanın bu silahlardan istifadə etməsində əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinə və mülki insanlarına zərbə vurmaqdır. Ermənistan insanlar üçün ağır fəsadlar törədə bilən bu silahlardan istifadə edərək digər mülki obyektlərə də ziyan vura bilər. Ona görə də beynəlxalq ictimaiyyət bu məsələyə ciddi münasibət bildirməlidir.
***
…Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin üç ədəd topu məhv edilib. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib. Məlumata əsasən, Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan məhv edilib. Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə sıradan çıxarılıb. Həmçinin alay komandirinin fərarilik edərək qaçdığı və D-20 artilleriya divizionunun hərbi qulluqçularının itkin düşdüyü də məlum olub.
***
…Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb. Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.
***
… Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə çıxış edən Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov bildirib ki, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Qafan rayonlarından Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Zəngilanda yerləşən mövqelərimiz atəşkəs rejimini kobud şəkildə pozan düşmən tərəfindən atəşə tutulub. Ermənistanın, xüsusilə Azərbaycanla dövlət sərhədində yerləşən mövqelərimizi atıcı silahlar, top və minaatanlardan atəşə tutması təhrikedici mahiyyət daşımaqla ordumuzu açıq şəkildə təxribata çəkmək cəhdidir. Mətbuat katibi qeyd edib ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin bir neçə istiqamətindəki mövqelərimizə, xüsusən azad edilmiş ərazilərə yenidən hücumlar edən düşmən şəxsi heyət və texnika baxımından itkilər verərək geri çəkilməyə məcbur edilib. Sutka ərzində daimi dislokasiya məntəqəsində, səngərlərdə və atəş mövqelərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu, 2 ədəd sursatla dolu yük maşını və sursat anbarı, o cümlədən cəbhədə uçuş keçirməyə cəhd göstərən taktiki pilotsuz uçuş aparatı məhv edilib.
***
…Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizə gətirilən 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəş zərbələri endirilib. Nəticədə Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib.
***
…Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam və Ağcabədi rayonlarının kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
***
… Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarları məhv edilib. Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının da qarşısı alınıb.
***
…Müdafiə nazirliyininı məlumatında bildirilib ki, Ermənistan silahlı Qüvvələri Füzuli şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. Bununla yanaşı, cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edilib və sıradan çıxarılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05

