Uğurla inkişaf edən demokratik ölkə...
08.07.2010 [16:23]
Son bir ay ərzində ABŞ-ın postsovet məkanına daxil olan dövlətlərlə münasibətlərinin normallaşdırılması istiqamətində böyük səylə çalışdığını müşahidə etməkdəyik. Dünya siyasətinin gündəmindən düşməyən siyasi məsələlərlə bağlı bir sıra dünya güclərilə bazarlıq edən ABŞ postsovet məkanındakı müttəfiqlərilə bir ildən çoxdur ki, davam edən soyuqluğu aradan qaldırmaq fikrinə düşüb. Ukraynada, Qırğızıstanda, Polşada Vaşinqton texnologiyasının rusların qarşısında tab gətirə bilməməsi, ABŞ-ı bir daha bu bölgəyə daxil olan dövlətlər barədə düşünməyə vadar edib. Ona görə də, ABŞ-ın yüksək çinli rəsmilərinin postsovet məkanına ardıcıl səfərlər etməsi, münasibətlərə istilik qatacaq məktubların göndərilməsi, xoş mesajların verilməsi və digər diplomatik addımların atılması sırf geostrateji əhəmiyyət baxımından yozulmalıdır...
Bölgədə yeni geostrateji durum formalaşmaqdadır...
ABŞ-ın dövlət katibi Hillari Klintonun postsovet məkanına səfər turnesinin marşrutuna nəzər salsaq, konkret məqsədlərin aydınlaşdırılması mümkün olar. Belə ki, səfərinə Polşadan başlayaraq, Ukrayna, Azərbaycan, Ermənistan və Gürcüstanda danışıqlar aparan dövlət katibi, sanki, bölgədə yeni geostrateji durumun formalaşmasına işarə edib.
Polşa prezidenti Lex Kaçinskinin təyyarə qəzası zamanı həlak olması, bu ölkədə yenidən prezident seçkilərinin keçirilməsi və hakimiyyətə Rusiyameyilli Komorovskinin gəlməsi, ABŞ-ın Şərqi Avropa ilə bağlı planlarının gözardı edilməsinə gətirib çıxara bilərdi. Buna görə də, Hillari Klinton Varşavaya gəlməklə, RƏMS-lərin yerləşdirilməsi ilə bağlı planların hələ də qüvvədə qalacağına və geostrateji oyunun ilkin düyününün qoyulmasına eyham vurub.
Növbəti düyün nöqtəsi isə Ukraynada vuruldu. Burada da 2004-cü ildən bəri Qərbmeyilli Yuşşenko hakimiyyətinin olması, bütövlükdə Vaşinqtonu razı salırdı. Amma ABŞ-ın bu dövlətə qarşı qısamüddətli etinasız yanaşması, burada Rusiyayönümlü hökumətin qurulması ilə nəticələndi. Bunun nəticəsi olaraq, Ukrayna artıq ABŞ-ın Rusiyanın sərhədindəki mühüm strateji dayaq məntəqəsi olmaqdan imtina etdi. Əlbəttə ki, bu düyün nöqtəsindən də ABŞ-ın gözləntiləri var və bu səbəbdən də Hillari Klintonun bu ölkəyə səfəri reallaşdı...
ABŞ Azərbaycanı uğurla inkişaf edən demokratik ölkə kimi görür...
Gözlənildiyi kimi, xanım Klintonun Avropa ilə Asiyanı birləşdirən mədəni, iqtisadi, siyasi körpü olan Azərbaycana da səfəri baş tutdu. Əlbəttə ki, Cənubi Qafqaz regionunda ilk olaraq, Azərbaycana səfər edilməsi bir çox səbəblərlə bağlıdır.
Belə ki, Azərbaycan karbohidrogen ehtiyatlara malik olmaqla yanaşı, eyni zamanda, əlverişli geosiyasi əhəmiyyətilə də diqqəti cəlb edir.
Əgər bir neçə il öncəki geosiyasi duruma görə Azərbaycanı Mərkəzi Asiya “neft şüşəsi”nin çıxış yolu kimi dəyərləndirirdilərsə, bu gün həmin üstünlük qalmaqla, həmçinin, ölkəmizi bir çox geostrateji məntəqələrə açılan qapı kimi də qiymətləndirirlər. İlk növbədə, Azərbaycanın Rusiya, İran kimi dövlətlərlə həmsərhəd olması və ABŞ-ın Əfqanıstandakı missiyasını həyata keçirməyə imkan verən əlverişli tranzit məkanı kimi seçilməsi söylənilən fikrin əsasını təşkil edir.
Digər tərəfdən, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, mədəniyyətləri arasında mədəni-humanitar körpü olması dövlətimizin əhəmiyyətini daha da artırır.
Ən nəhayət, Azərbaycan bu gün yeritdiyi rasional siyasət nəticəsində, regiondakı siyasi-iqtisadi vəziyyəti dəyişdirmək qüdrətinə malik olub. Bu səbəbdən də, Azərbaycanı uğurla inkişaf edən demokratik ölkə kimi görən ABŞ-ın dövlət katibi Hillari Klinton Cənubi Qafqaz regionuna səfərinə, məhz ölkəmizdən başladı.
Vaşinqton Azərbaycana sıradan bir dövlət kimi baxmır...
Əlbəttə ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfərdən öncə dünyanın nüfuzlu mətbuat orqanlarında ABŞ-Azərbaycan dialoqu barədə kifayət qədər ciddi müzakirələrin getməsi onu göstərirdi ki, dünyanın bir çox dövlətləri Vaşinqtonla Bakının əlaqələrinin bundan sonra necə inkişaf edəcəyi barədə düşünür. Hətta söylənilirdi ki, Vaşinqton müəyyən mənada Azərbaycana təzyiq etməyə və İran, Əfqanıstan siyasətilə bağlı Bakıdan güzəştlər qoparmağa çalışacaq. Amma səfər çərçivəsində aparılmış danışıqlar onu göstərdi ki, Vaşinqton Bakını danışıqlar masasında bərabərhüquqlu, güclü bir dövlət kimi qəbul edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul edərkən ABŞ-Azərbaycan münasibətlərinə toxunaraq, ölkəmizin problemlərinin həllinin vacib olduğunu diqqətə çatdırdı: “Biz sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz tərəfdaşlığımızı daha da gücləndirəcəkdir. İkitərəfli münasibətlərimizin gündəliyi çox genişdir. Müxtəlif sahələrdə uğurlu əməkdaşlığımızın böyük tarixi vardır. Bir daha qeyd etmək istərdim ki, səfəriniz tərəfdaşlığımızı daha da gücləndirəcək və bu, region üçün çox önəmlidir. Biz müstəqilliyi əldə etdikdən sonra ABŞ ilə Azərbaycan arasındakı əlaqələr çox uğurla inkişaf edir. Biz iqtisadi sahədə sıx əməkdaşlıq edirik. Sülhməramlı əməliyyatlarda iştirak edirik. Terrorçuluğa qarşı mübarizə ilə bağlı məsələlərdə birgə fəaliyyət göstəririk. Enerji təhlükəsizliyi məsələləri daim gündəliyimizdədir. Təbii ki, ABŞ ATƏT-in Minsk qrupuna həmsədr ölkələrdən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində bizimlə və digər ölkələrlə yaxından çalışır. Bu münaqişə bizim üçün ən böyük problem və regional təhlükəsizlik üçün əsas təhlükədir. Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı - bu təşkilatların hamısı vəziyyəti əks etdirən və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasını tələb edən müxtəlif qətnamələr qəbul edib. Biz münaqişəni beynəlxalq hüquq çərçivəsində həll etmək istəyirik və bu münaqişənin həllinə mümkün qədər tez nail olmaq istəyirik. çünki insanlarımız bundan əziyyət çəkirlər”.
ABŞ-ın dövlət katibi Hillari Klinton isə söyləyib ki, “mən əlaqələrimizə çox sadiqəm. Son 18 ay ərzində aramızda mütəmadi və məzmunlu söhbətlərimiz olub. Qeyd etdiyiniz məsələlər bizim üçün vacibdir. Fikrimcə, çox əhəmiyyətli haldır ki, bizim hərtərəfli müzakirə aparmaq imkanımız vardır”.
Beləliklə də, Prezident İlham Əliyevlə ABŞ-ın dövlət katibi Hillari Klinton arasında aparılmış danışıqlardan bəlli olur ki, ABŞ Azərbaycana sıradan bir dövlət kimi baxmır və Bakının problemlərinin həlli Vaşinqton üçün mühüm əhəmiyyət kəsb edir...
Təbii ki, Azərbaycan üçün mühüm məsələlərdən biri, məhz Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həll edilməsidir ki, bu işdə də Vaşinqtonun dəstəyini qazanmaq yalnız müsbət perspektivlər vəd edir. Görüşlərin nəticəsi olaraq, mətbuat konfransı keçirən Hillari Klinton, münaqişə ilə bağlı məhz Azərbaycanın mövqeyini dəstəkləyən bəyanat verdi.
Göründüyü kimi, Vaşinqton Azərbaycanla uzunmüddətli və sabit əməkdaşlıq qurmaq niyyətindədir. Bu əməkdaşlıq çərçivəsində isə ABŞ Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi baxır.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

