Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Nika Qilaurini qəbul edib

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Nika Qilaurini qəbul edib

24.07.2010 [03:37]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Gürcüstanın Baş naziri Nika Qilaurini qəbul edib. Baş nazir Nika Qilauri Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyevin Gürcüstana son səfərinə toxunan Baş nazir bu səfər zamanı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində qəbul edilən qərarların önəmini vurğulayıb. O, ölkəmizə səfərinin əsas məqsədlərindən birinin həmin qərarların yerinə yetirilməsi ilə bağlı olduğunu qeyd edib. Batumidə danışıqların yekunları ilə bağlı hökumətə müvafiq tapşırıqlar verdiyini  bildirən dövlətimizin başçısı Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclaslarında bu məsələlərin həllinin reallaşacağına ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Gürcüstanın dövlət başçısına çatdırmağı xahiş edib.


Paylaş:
Baxılıb: 1299 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30