“Mən ancaq öz qəzetimin - “Yeni Azərbaycan”ın xərclərini boynuma götürmüşəm”
11.12.2021 [10:13]
“Qara qız”ın xatirələrindən...
Cavi Dan
Adətən, tanınmış adamlarla qarşılaşmaq, onların yanında iki dəqiqə də olsa dayanmaq, üç-dörd kəlməlik qısa dialoqa nail olmaq karyerasının ilk pillələrində olan gəncləri sevindirir. Əgər bu sevincin üstünə həmin şəxslə bir fotoşəkil çəkdirmək qisməti də gəlibsə, o zaman gəncin xoşbəxtliyinin misli-bərabəri olmur.
Bəs əgər o tanınmış şəxs Ümummilli Lider Heydər Əliyevin özüdürsə, onda özünüzü necə hiss edərdiniz? Əgər siz Onun daim yanında olmusunuzsa, az qala, bütün səfərlərində müşayiət etmisinizsə, xeyir-duasını almısınızsa, o zaman sizdən xoşbəxti olardımı?
Müsahibimiz uzun illər boyu Ulu Öndər Heydər Əliyevin “xüsusi müxbiri” kimi çalışmış, “Yeni Azərbaycan”ın “qara qızı” deyə çağırdığı tanınmış jurnalistimiz olan Nəzirə xanımdır. Hər dəfə Heydər Əliyevin adını çəkəndə, barəsində danışanda, sanki, hər şey bu dəqiqə, burada baş verirmiş kimi hiss edir özünü və bu hiss yanında olanlara da sirayət edir. Gözlərindəki işıq artır, təbəssümü illərin o tayındakı o gənc, jurnalistlik karyerasının ilk addımlarını atan, Prezidentin “qara qız” dediyi sadə, qarayanız qızın təbəssümünə dönür.
“18 il keçir, amma Heydər Əliyevin aramızda olmamasına hələ də inana bilmirəm. Sanki, yenə də hansısa uzaq bir səfərə gedib və bir gün həmkarlarımla bərabər gedib yenə də hava limanında Onu qarşılayacaq, suallar verəcək, söylədikləri barədə yazılar hazırlayacağıq... Bu dahi şəxsiyyətlə bağlı xatirələrim çoxdur, hətta onları toplayıb nə zamansa kitab şəkilində çap etdirməyi düşünürəm. Məncə, mənim yerimdə kim olsa, belə edərdi. Bu gün həmin xatirələrdən üçünü danışmaq istəyirəm.
Birinci xatirəm İstanbulla bağlıdır. Biz Heydər Əliyevi müşayiət edirdik. Səfər mənim doğum günüm ərəfəsinə təsadüf edirdi. Son gündə türkiyəli həmkarlarım mənə gül buketi hədiyyə etmişdilər. Buket isə hələ o zamanlar Bakıda aktual olmayan formada, qəzeti xatırladan kağıza bükülmüşdü. Sevincək halda bu buketi də özümlə götürüb hava limanına getmişdim. Biz Ulu Öndərlə eyni təyyarədə uçurduq, sadəcə O, birinci salonda, biz isə ikinci zalda idik. Elə qəzet bükülüsünü xatırladan buketimlə zala daxil olub yerimə keçmişdim ki, o vaxt xarici işlər naziri olan Vilayət Quliyev yaxınlaşıb, əlimdəki bükülünün nə olduğunu soruşdu. Dedim, gül dəstəsidir, amma fərqli kağıza bükülüb. 10-15 dəqiqə keçmişdi ki, ətrafda bir canlanma yarandı. Dedilər, Heydər Əliyev ikinci zala gəlir. Və O, gəlib mənim yanımda dayandı, gül buketinə işarəylə soruşdu: “Bu nədir?” “Güldür” dedim həyəcanla. “Nə gülü?” soruşdu. Ad günümə görə dostların hədiyyəsi olduğunu söylədim. Artıq buketi özümlə götürdüyümə az qala peşman olmuşdum. Sən demə, Heydər Əliyev illüminatordan mənim təyyarəyə bu bükülü ilə daxil olduğumu görübmüş. Bu, Onun son dərəcə diqqətli olmasından, ən əsası isə, həm özünün, həm də bütün heyətin təhlükəsizliyini düşünməsindən xəbər verirdi. O qədər ciddi və eyni zamanda, o qədər qayğıkeş idi ki, yanında olan, Onunla çalışan hər kəsi özünə doğma hesab edirdi. Bu dəfə də o doğmalığını, qayğısını hiss etdirdi. Ad günüm münasibətilə məni təbrik etdi, xoşbəxtlik arzuladı...
İkinci xatirəm isə İran səfərimizlə bağlıdır. Həmkarlarımla bərabər yenə də Ulu Öndəri müşayiət edirdik. Adətən, redaksiya mənə səfər üçün ehtiyat pul ayırırdı, digər həmkarlarım isə otel xərclərinin qarşılanacağını düşünüb, hazırlıqsız gəlmişdilər. Həmin səfərdə Heydər Əliyev “Mən ancaq öz qəzetimin - “Yeni Azərbaycan”ın xərclərini boynuma götürmüşəm, özəl şirkətlər özləri bilər” söyləmişdi. “Yeni Azərbaycan”ı öz qəzeti hiss etməsi, bunu hamıya bəyan etməsi çox xoş idi.
O, xarici ölkələrə səfərlərində Onu müşayiət edən jurnalistlərin hamısını tanıyırdı, bəzən elə olurdu ki, kimisə görməyəndə soruşurdu ki, filankəs haradadır? Bir dəfə də Ankarada işgüzar səfərlərinin birində mən otelin aşağı mərtəbəsində faks göndərərkən jurnalistlər yuxarı mərtəbədə Prezidentdən müsahibə almaq istəyiblər. O da adəti üzrə “Hamı buradadır?” soruşanda deyiblər, buradayıq. Sonradan mənə danışırlar ki, Heydər Əliyev diqqətlə hamını nəzərdən keçirib, “Bəs hanı “Yeni Azərbaycan”ın qara qızı?” deyəndə görüblər ki, doğrudan da, yoxmuşam...
Heyif ki, Ulu Öndərimiz bu gün aramızda cismən yoxdur. Amma biz Onun yolu ilə addımlayırıq, Onun görmək istədiyi “Yeni Azərbaycan”ı yaşadırıq”...
Xəbər lenti
Hamısına baxGündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22

