/ / Heydər Əliyevin sevdiyi rəqəm- 7! İlham Əliyevin Şuşaya 7-ci səfəri! 7-ci onilliyə Qalib Əsgər salamı!
Heydər Əliyevin sevdiyi rəqəm- 7! İlham Əliyevin Şuşaya 7-ci səfəri! 7-ci onilliyə Qalib Əsgər salamı!
25.12.2021 [01:07]
Cavi Dan
Bu gün dekabrın 24-dür və Azərbaycan öz müzəffər dövlət başçısının, qalib Ali Baş Komandanının doğum gününü təbrik edir. Görəsən bu dəqiqə yer üzündə ikinci bir yer varmı ki, orada ölkə rəhbərinin doğum gününü bütün el-oba, bütün xalq bir nəfər kimi bayram etsin, həm də ürəkdən, səmimi şəkildə, həqiqətən də bu günə dəyər verərək? Axı biz hamımız bilirik ki, cənab Prezident öz doğum günlərini qeyd etmir, hər dəfə bu tarixdə qaçqın və köçkünlərin, şəhid ailələrinin arasında, xalqın içində olur. Elə on il bundan əvvəl, 50 illik yubileyini də Qarabağda - Ağcabədidə məcburi köçkünlərlə birlikdə keçirmişdi. Yeri gəlmişkən, bu haqda Prezident İlham Əliyev Şuşada, bugünkü çıxışında da danışdı.
Bəli, Şuşada!
Azərbaycan Prezidenti bu gün, özünün 60 illik yubileyində Şuşa şəhərində oldu! Əziz Şuşada... Birinci xanım Mehriban Əliyeva, digər ailə üzvləri ilə birlikdə. Bu səfəri izlədikcə köksü fərəhdən qabarmayan, gözləri dolmayan, Prezidentin 2020-ci ilin noyabrın 8-dəki əzm, eyni zamanda, sevgi dolu müraciətini xatırlamayan, xəyalında təkrar eşitməyən çətin kimsə tapıla. “Əziz Şuşa! Biz qayıtmışıq! Biz səni dirçəldəcəyik!” demişdi dövlət başçımız.
Bu müraciət sadəcə bir dövlət başçısının öz xalqına müraciəti deyildi. Bu, siyasi kursu, prezidentliyi ulu öndər Heydər Əliyevdən təhvil alan bir siyasətçinin, bir dövlət başçısının qələbəsinin sözlə rəsmi idi. Bu, Ümummilli Liderimizin hələ illər öncə dediyi “Biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq!” sözlərinə verilən cavab idi. Və bu... bir oğulun bir atanın vəsiyyətinə əməl etməsi idi.
Şuşa bizim ürəyimizdir. Biz öz ürəyimizi düşmən tapdağından azad etmişik. İndi onun yaralarını sarıyırıq, ağrılarına məlhəm çəkirik. Səfərlərimizlə, yazılarımızla, dualarımızla...Axı Şuşa müqəddəsdir, pakdır, nilufər gülü kimidir, üzərinə nə qədər çirkab atılıbsa da, heç birinə bulaşmayıb, bir yağış, bir doğma nəfəs, bir dualıq pıçıltı bəs edib ki, çirkin işğalın bütün ləkələri yoxa çıxsın. Canlıdır Şuşa. Nəfəs alır, sevir, hətta danışır bizimlə. Havasıyla, torpağıyla, otu, daşı, çınqılı, suyu, odu, çörəyiylə... Yadınızdamı, Şuşada işğaldan sonra ilk dəfə “Xarıbülbül” festivalı keçirilmişdi. Orada ifa edilən “Qarabağ şikəstəsi”ni xatırladınızmı? O necə ifa idi, İlahi! Sanki Şuşanın ruhu can vermişdi o ifaya, özü isə qartal kimi uçub dolaşırdı hamının başı üzərində, “Bu mənəm, Mən Şuşayam, mən azadam, mən Qarabağam, mən Azərbaycanam!” deyirdi... Bəlkə elə rəqəmlərlə də danışır bizimlə Şuşa, fikir versək, bunu mütləq görərik. Bu gün Prezident İlham Əliyevin Şuşaya 7-ci səfəridir. Bu səfər həm də Prezidentimizin öz ömrünün 7-ci onilliyinə atdığı addımdır - Şuşada! Yadımıza isə illər öncə maraqla izlədiyimiz “Heydər Əliyevə 21 sual və 21 cavab” düşür, daha doğrusu, oradakı “Ən çox sevdiyiniz rəqəm?” sualına Ulu Öndərin verdiyi cavab: “7”...
Bu gün dekabrın 24-dür və dünya özünün üçüncü minilliyinin böhranla, pandemiyayla, müharibə ocaqlarıyla çalxalanmaqda olan ən çətin dövrünü yaşayır. Biz məhz bu ən çətin dövrdə qazanmışıq qələbəmizi. Torpaqlarımızı qaytarmışıq, yollar salırıq, məktəblər tikirik, məscidlər bərpa edirik, regiona da, dünyaya da ustad dərsi veririk - istər siyasətdə, istər mənəviyyatda, istər mədəniyyətdə. Ümummilli Lider olmağın, Ali Baş Komandan olmağın, Vətən övladı olmağın nümunəsini göstəririk. Xalq olmağı öyrədirik.
Bu gün dekabrın 24-dür və dövlətimizin başçısı, birinci xanım və övladları Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Əminəm ki, bu gün ailə üzvləri ilə birlikdə Əziz Şuşaya səfər edən Heydər İlham oğlu Əliyevin adında yaşayan Ulu Öndərimizin ruhu şaddır, arxayındır. Və əminəm ki, Mehriban xanım yenə də öz həmişəki arzusunu pıçıldayıb: “Tanrı Azərbaycanı qorusun...”
Bu gün dekabrın 24-dür və Şuşa öz məğrur oğlunu bağrına basıb təbrik edir...
Ad günün mübarək, Böyük Sərkərdə!
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

