Irəvanın ikibaşlı oyunu...
26.01.2022 [09:59]
Yaxud çirkli pulların yuyulması əməliyyatı davam edir
Nurlan QƏLƏNDƏRLİ
Sülh müqaviləsinin imzalanmasından danışan İrəvan separatizmə
dəstək verir
Ermənistan mətbuatının məlumatına əsasən, bu ölkə “artsax” adlı qondarma - separatçı quruma 114 milyard dram (290 milyon ABŞ dolları) həcmində maliyyə vəsaiti ayırmağı planlaşdırır. Həmin terrorçu-separatçı birliklərin məskunlaşdığı torpaq de-yure Azərbaycan ərazisidir və belə bir addımın atılması beynəlxalq hüquq normalarına tamamilə ziddir. Digər tərəfdən, maraqlıdır, Ermənistan hüquqi cəhətdən tanımadığı separatçı birləşməyə maliyyə vəsaitini necə və hansı əsasla ayırır? Ümumiyyətlə, kiçik bir ərazi üçün bu məbləğdə maliyyə vəsaiti nə üçün lazımdır? Analitiklərin toxunduğu maraqlı məqamlardan biri budur ki, Avropa İttifaqı da bir müddət əvvəl Ermənistana külli miqdarda vəsait ayırmışdı, bu gün isə işğalçı və məğlub ölkə separatçı quruma münasibətdə eyni addımı atır: bu, bəlkə, çirkli pulların yuyulması vasitəsi, yaxud əməliyyatıdır?!
Siyasi korrupsiya və maliyyə maxinasiyası
Son zamanlar qəribə bir tendensiya müşahidə edilir: bu, bir sıra təşkilatlar tərəfindən kiçik iqtisadiyyatı olan bəzi ölkələrə fiziki cəhətdən mənimsənilməsi mümkün olmayan fantastik məbləğdə maliyyə vəsaitinin ayrılmasıdır. Məsələ ondan ibarətdir ki, həmin vəsaitdən təyinatı üzrə istifadə müşahidə olunmur, yəni hər hansı mühüm layihə və proqramlar icra edilmir. Məsələn, Aİ Ermənistana mütəmadi olaraq külli miqdarda maliyyə ayırsa da, bu ölkədə yoxsulluq və işsizlik artır, infrastruktur layihələri reallaşdırılmır, iqtisadi tənəzzül sürətlənir. Bəs pullar hara xərclənir? Ekspertlərin də vurğuladıqları kimi, ölkələr, regional təşkilatlar, fondlar tərəfindən “maliyyə yardımı” adı altında ayrılan pullar kağız üzərində rəsmiləşdirilir, müəyyən bir hissəsi Ermənistanın hesabında qalır, digərləri maliyyə əməliyyatı vasitəsilə həmin qurum və ölkə tərəfindən mənimsənilir. Beləliklə, Ermənistandan bir “proyekt dövlət” kimi istifadə olunaraq böyük siyasi korrupsiya əməliyyatı - maliyyə maxinasiyası həyata keçirilir. Ermənistanın qondarma - separatçı quruma maliyyə vəsaiti ayırmasının bu əməliyyatların tərkib hissəsi olması da istisna deyil.
Beynəlxalq səviyyədə ciddi reaksiya verilməlidir
Milli Məclisin deputatı Arzu Nağıyev “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, Paşinyan 2022-ci ildə qondarma qurumun büdcəsinə yönəldiləcək 114 milyard dram həcmində maliyyə vəsaitinin dövlətlərarası kredit və qrant olduğunu deyib: “Vəsait guya sosial proqramların və layihələrin həyata keçirilməsinə xərclənəcək. Ermənistan büdcəsi üçün çox böyük rəqəmdir. Aydındır ki, bu, çirkli pulların yuyulması vasitəsidir. Nəzərə çatdırmaq istəyirəm ki, ötən il qondarma - separatçı quruma ayrılan vəsaitin həcmi 100 milyard dramdan çox olub. Şübhəsiz, bu, Avropa İttifaqı, Fransa və digər bir sıra maraqlı qüvvələrin çirkli pulların yuyulması üçün ayırdıqları vəsaitlərdir. Ümumiyyətlə, bir sıra dövlətlərdə erməni əsilli şirkət rəhbərləri və iş adamları biznes maraqlarını təmin etmək üçün bu vasitədən istifadə edirlər. “Sərmayə qoymaq”, “maliyyə yardımı etmək” adı altında çirkli pullar yuyulur”.
Millət vəkili vurğuladı ki, de-yure Azərbaycan ərazilərində belə qanunsuz hərəkətlərə yol verilməsi qəbuledilməzdir: “Bu, maliyyə cinayəti olmaqla yanaşı, həm də ərazi bütövlüyünə və suverenliyə, bütövlükdə, beynəlxalq hüquq normalarına hörmətsizlikdir. Bu cür hallara beynəlxalq səviyyədə ciddi reaksiyalar verilməlidir”.
Ermənistan tərəfini məcbur etməliyik
Siyasi şərhçi Qabil Hüseynli isə qəzetimizə açıqlamasında qeyd etdi ki, bu addım Ermənistanın ikili oyununun yeni təzahürüdür: “Biz onlara Azərbaycanın ərazi bütövlüyünü tanıtdırmadıqca bu “missiya”nı həyata keçirəcəklər. Ona görə də danışıqlar prosesinə güc verilməli, sülh müqaviləsinin imzalanması üçün işçi qrupun yaradılmasını sürətləndirməli və Ermənistan tərəfini Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməliyik. Bir sözlə, proseslərə dinamizm verməliyik”.
Ekspert söylədi ki, bu, həm də daxili auditoriyaya hesablanmış addımdır: “Əsas məqsəd qondarma - separatçı qurumun mövcud və fəaliyyətdə olduğu görüntüsünü yaratmaq, həmçinin bölgədə sürətlə başlamış köç prosesinin qarşısını almaqdır. Qeyd etdiyim kimi, bütün bu halların qarşısının alınması üçün, ilk növbədə, Ermənistanı ərazi bütövlüyümüzü tanımağa və sülh müqaviləsini imzalamağa məcbur etməliyik”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18

