Minimum əməkhaqqının artırılması sosial siyasətin əsas prioritetlərindən biridir
02.09.2010 [10:06]
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən davamlı sosial islahatların miqyası hər il genişlənərək əhalinin maddi rifah halının daha da yaxşılaşmasına təkan verməkdədir. İqtisadiyyatın yüksək inkişaf templəri nəticəsində ölkəmizin maliyyə imkanlarının yaxşılaşmasını nəzərə alan dövlətimizin başçısı əldə olunan vəsaitləri, ilk növbədə vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin reallaşmasına yönəldir. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının bütün təbəqələri hər il əlavə sosial qayğılarla əhatə olunur, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilir.
Dövlət başçısı İlham Əliyevin əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə imzaladığı Sərəncam sosial sahədə həyata keçirilən kompleks tədbirlərin daha bir təhahürü kimi qiymətləndirilə bilər. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən bu qərar ümumilikdə sosialyönümlü iqtisadiyyatın inkişafı ilə bağlı mükəmməl siyasətin tərkib hissəsidir. Qeyd edək ki, Prezidentin imzaladığı Sərəncama əsasən, sentyabr ayının 1-dən minimum aylıq əməkhaqqının məbləği 85 manat müəyyən edilib.
Minimum əməkhaqqının artırılması bütün iqtisadi və sosial bölmələrdə çalışan insanların sosial vəziyyətinə öz mühüm təsirini göstərmiş olacaq. Bu qərar makroiqtisadi sabitliyin təmin edilməsi ilə bərabər, fiskal və monetar tədbirlərin sürətlənməsinə, eyni zamanda, sosial siyasətin kompleks şəkildə koordinasiyası ilə bağlı tədbirlərin gücləndirilməsinə təkan verəcək.
Xatırladaq ki, ölkəmizdə sosial sahədə həyata keçirilən davamlı tədbirlər son 6 ildə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bu tendensiya daha çox minimum əməkhaqqının artım dinamikasında hiss olunur. Belə ki, 2004-2009-cu illər ərzində ümumi daxili məhsul (üDM) təxminən 3 dəfə, dövlət büdcəsinin gəlirləri 4,9 dəfə artıb, minimum əməkhaqqının artım tempi isə 6,3 dəfədən çox olub. Göründüyü kimi, sosial siyasətin əsas istiqamətlərindən biri olan minimum əməkhaqqının artırılması hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. ümumiyyətlə, respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə tədbirlərin gücləndirilməsinə yönəlib.
Prezident İlham Əliyev bildirib ki, hökumət həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət verir və bu sahədə nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra olunur. Dövlətimizin başçısı sosial proqramların icrası ilə bağlı tədbirlərin bundan sonra da davamlı xarakter alacağını bildirib.
Beynəlxalq iqtisadi tədqiaqat mərkəzlərinin və ölkəmizin hökumət qurumlarının sosial-iqtisadi inkişaf proqnozlarına əsasən, 2011-ci ildə respublikamızın makroiqtisadi inkişafı daha da sürətlənəcək. ölkənin maliyyə imkanları yaxşılaşacaq və valyuta gəlirləri əhəmiyyətli dərəcədə artacaq. Bu isə nəzərdə tutulan sosial islahatların davamlılığına və nəzərdə tutulan digər hədəflərə tam çatmağa imkan verəcək. Belə ki, minimum əməkhaqqının artırılması, pensiya və müavinətlərin ehtiyac meyarına tamamilə uyğunlaşdırılması bu siyasətin əsas məqsədləri olacaq. 2011-2013-cü illərdə bu məqsədlərə və hədəflərə nail olmaq üçün nəzərdə tutulan konkret tədbirlər şəhid ailələrinin, müharibə əlilləri ailələrinin, çernobıl əlilləri ailələrinin, müddətli hərbi qulluqçu ailələrinin, 1 yaşına qədər uşağı olan ailələrin aylıq müavinətinin, uşağın doğulması ilə bağlı birdəfəlik müavinətin, xalq fəxri adları, əməkdar fəxri adları olanlara Fərdi təqaüdlərin, Milli Qəhrəmanların ailələrinə, 20 yanvar və digər kateqoriyadan olan şəhidlərin ailələrinə Prezident təqaüdünün, şəhid ailəsi üzvlərinə, müharibə veteranlarına, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və əmək qabiliyyəti olmayan müəyyən kateqoriyalı şəxslərə aylıq və birdəfəlik müavinətlərin verilməsinin təmin edilməsindən ibarət olacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48

