Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdə olub
28.10.2010 [09:24]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdə olub.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi əraziyə gələn dövlətimizin başçısını Həştərxan vilayətinin rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun üzvləri hərarətlə qarşılayıblar. Mərasimdə çıxış edən Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin deyib ki, təkcə Azərbaycan üçün deyil, bütün keçmiş Sovet İttifaqı, postsovet məkanı və bizim kiçik vilayət üçün də böyük siyasi xadim olan möhtərəm və hörmətli bir insanın abidəsi üçün məhz bu yerin - Həştərxan kimi ağ şəhərin seçilməsi təsadüfi deyildir: “Ona görə ki, ölkədə istər o dövrdə, istərsə də postsovet dövründə baş verən ən müsbət proseslər bu insanın adı ilə bağlıdır. Heydər Əliyev islahatlardan sonrakı münasibətlərimizi möhkəmləndirən əsas sima idi. Bu gün bu böyük insanın xatirəsinə ehtiram əlaməti olaraq Sizə, İlham Heydər oğlu, bu nadir abidəni ən qısa müddətdə hazırlamış və onu burada ucaltmış bütün həmkarlarınıza böyük məmnuniyyətlə “çox sağ olun” demək istəyirik. Bu abidə həm rusiyalıların, həm də azərbaycanlıların qardaşlığının, dostluğunun, onların ruhən və qəlbən birliyinin rəmzidir”.
Azərbaycan Prezidenti İlham Əliyev mərasim iştirakçılarına müraciət edərək deyib ki, bu gün ölkələrimiz arasında münasibətlərin tarixində həqiqətən əlamətdar, tarixi gündür: “Bu gün Həştərxanda, simasını dəyişən və modernləşən bu gözəl şəhərdə Azərbaycanın dahi oğlu Heydər Əliyevin abidəsi açılır. Heydər Əliyev bütün ömrü boyu öz xalqının rifahı naminə çalışmış, eyni zamanda, o, Rusiyaya, rus xalqına həmişə çox böyük məhəbbət bəsləmişdir. Onun ömrünün bir hissəsi Rusiya ilə bağlı olmuşdur. O, gənclik illərində Leninqradda, indiki Peterburqda təhsil almış, 80-ci illərdə Moskvada Sovet İttifaqı hökuməti sədrinin birinci müavini olmuş, Azərbaycan və rus xalqları arasında tarixi dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etməsi üçün çox işlər görmüşdür. Mən bu gün əziz həştərxanlılara, ilk növbədə, qubernator Aleksandr Aleksandroviç Jilkinə Heydər Əliyevin xatirəsinə belə xeyirxah münasibətə görə səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Bu, bizim üçün çox dəyərlidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk”.
Dövlət başçısı İlham Əliyev söyləyib ki, Azərbaycanla Rusiyanı çoxəsrlik dostluq, əməkdaşlıq telləri bağlayır: “Bu gün, siyasi münasibətlərimizin ən yüksək səviyyədə olduğu bir vaxtda biz iqtisadi əlaqələrimizi fəal inkişaf etdiririk, energetika məsələləri fəal həll olunur, xalqlarımızın nümayəndələri arasında ünsiyyətə çox böyük həvəs vardır. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə böyük qayğı ilə yanaşılır. Həştərxanın Azərbaycan icması kimi, Azərbaycanın rus icması da öz ölkələrinin layiqli vətəndaşlarıdır və dövlətimizin inkişafına böyük töhfələr verirlər. Onlar həm də ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıran amildirlər. Bu gözəl gündə mən xüsusi qeyd etmək istəyirəm ki, Həştərxanın necə inkişaf etdiyini, burada necə sürətli inkişaf getdiyini görmək mənim üçün çox xoşdur”.
Sonra Prezident İlham Əliyev və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin abidənin üzərindən örtüyü götürüblər, önünə gül dəstələri düzüblər.
Azərbaycan diasporunun nümayəndələri ilə görüşən Prezident İlham Əliyev onlara vilayətdə aparılan quruculuq işlərində daha fəal iştirak etməyi tövsiyə edib. Daha sonra abidə ətrafında yaradılmış parkla tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, 3,5 hektar ərazidə salınmış istirahət guşəsində geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb, mindən artıq ağac əkilib. Burada müasir işıqlandırma sistemi quraşdırılıb və gözəl fəvvarə yaradılıb, oturacaqlar qoyulub. Park həştərxanlıların sevimli istirahət yerinə çevriləcək.
Parka toplaşan soydaşlarımız Azərbaycan Prezidentini hərarətlə alqışladılar. Dövlətimizin başçısı burada yaşayan azərbaycanlıların vəziyyəti ilə maraqlanaraq deyib: “Necəsiniz, necə yaşayırsınız burada? Hər şey yaxşıdı? çox şadam ki, siz burada yaxşı yaşayırsınız. Vilayətin rəhbəri də sizin fəaliyyətinizdən çox razıdır. Burada çox dəyərli vətəndaşlar kimi yaxşı fəaliyyət göstərirsiniz. Bu gün çox tarixi bir gündür. Ulu öndərin abidəsi açılıbdır. İndi gedib baxa da bilərsiniz. Gözəl istirahət yeridir. Sağ olun”.
Prezident İlham Əliyev soydaşlarımıza uğurlar arzulayıb.
Prezident İlham Əliyev sonra Həştərxan şəhərinin görməli yerlərini gəzib. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin şəhərdə aparılan abadlıq və quruculuq işləri barədə Azərbaycan Prezidentinə məlumat verib. Qeyd olunub ki, Xəzər sahilində yerləşən bu şəhər Rusiyanın əsas iqtisadi mərkəzlərindən biri kimi tanınır. Vilayətin malik olduğu iqtisadi potensial bu regionun inkişafında mühüm rol oynayır. Tarixən Azərbaycanın sıx iqtisadi münasibətləri olan Həştərxan vilayəti ilə əlaqələri bu gün də uğurla davam edir və bu proses Rusiya-Azərbaycan əməkdaşlığında mühüm rol oynayır.
Tərəflərin uzun müddətdir birbaşa hərbi qarşıdurmada olmadığını bildirən D.Medvedev atəşkəsin pozulduğunu və insanların həlak olduğunu qeyd edib. Rusiya Prezidenti onu da deyib ki, görüşdə sülh razılaşması və münaqişənin ümumi həlli də müzakirə mövzusu olub. Bu mövzunun bütün üçtərəfli görüşlərdə müzakirə edildiyini deyən Dmitri Medvedev vurğulayıb ki, gələcək sülh razılaşmasının əsasını təşkil edən ümumi razılıq prinsipləri üzrə məsələlər hələ ki qalır. “Ancaq biz müəyyən işlər görmüşük”, - deyən Rusiya dövlətinin başçısı bildirib ki, əgər tərəflər səy göstərsələr dekabrın 1-2-də ATƏT-in Qazaxıstanda keçiriləcək sammitində ümumi tənzimləmə prinsiplərinin razılaşdırılmış variantına gələ bilərik.
Rusiya Prezidenti bununla bağlı xarici işlər nazirlərinə tapşırıq veriləcəyini də dedi. D.Medvedev xüsusi olaraq qeyd edib ki, razılaşdırılmamış məsələlər çox olsa da, tərəflərdə bu məsələlərin həlli ilə bağlı səy var.
Dmitri Medvedev Rusiyanın münaqişənin həlli ilə bağlı bundan sonra da səy göstərəcəyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45

