Üçüncü üçtərəfli görüş...
24.05.2022 [10:04]
Nə ilə yadda qaldı, nə vəd edir?
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyevin Brüsselə səfəri, səfər çərçivəsində keçirilən görüşlər həm yerli, həm də beynəlxalq mediada geniş müzakirə olunur. İki məsələyə xüsusi diqqət yetirilir: Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında qarşılıqlı etimada əsaslanan təmasların sıxlaşdırılması və münasibətlərin inkişafı; postmüharibə dövründə Cənubi Qafqazda sülh quruculuğu prosesi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, regional inkişafa və inteqrasiyaya xidmət edən addımların atılması.
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü zamanı bəhs olunan məsələlər diqqət mərkəzində oldu. Dövlətimizin başçısı Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Bu formatda Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə üçüncü dəfədir ki, görüşün keçirildiyini qeyd edən İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu, bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb. Dövlətimizin başçısı iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bir daha qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha vurğulayıb. Dövlətimizin başçısı 10 noyabr Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə edib, vasitəçilik səylərini davam etdirəcəyini bildirib və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxunub.
Bu təfərrüatlar bir neçə məqamın üzərinə işıq salır:
- Aİ regionda dayanıqlı sülh, etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq mühitinin yaradılmasında maraqlıdır. Qurum Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının tərəfdarı kimi, müvafiq təşəbbüslərini davam etdirir;
- Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq beynəlxalq səviyyədə, o cümlədən Aİ-nin timsalında qəbul edilir, diqqət mərkəzində saxlanılır;
- Avropa İttifaqı postmüharibə reallığı ilə əlaqədar mövqeyini Azərbaycanın yanaşmasına uyğun müəyyən edir. Başqa sözlə, qurum bu prosesdə Bakının mövqeyini əsas götürür. Çünki bu mövqe haqlı və qalib tərəfin, etibarlı tərəfdaşın yanaşmasını özündə əks etdirir, quruculuğa və proqressə xidmət edir.
Ümumiyyətlə, indi həm Avropa məkanında, həm də müxtəlif bölgələrdə sabitlik və əməkdaşlıq mühitinin təmin olunması geosiyasi qüvvələr və qütblərin, eləcə də regional güc mərkəzlərinin diqqətindədir. Beynəlxalq ictimaiyyətin nəzəri həm də postmüharibə dönəminə qədəm qoymuş Cənubi Qafqazdadır. Xüsusilə də, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Müxtəlif qüvvələr, o cümlədən Avropa İttifaqı bu prosesə vacib töhfə verə bilərlər. Elə bu istiqamətdə müvafiq təklif və təşəbbüslər də irəli sürülür, diplomatik təmaslar davam etdirilir. Şarl Mişelin səsləndirdiyi fikirlər göstərir ki, Aİ Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Bu da təsadüfi deyil. Ona görə ki, Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Yeni əməkdaşlıq mühiti həm region dövlətləri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Bu isə bölgədə söz və nüfuz sahibi olan Azərbaycanla səmərəli - məqsədyönlü əməkdaşlıqdan asılıdır.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin, Şarl Mişelin və Nikol Paşinyanın görüşü zamanı müzakirə olunan məsələlər də sülh quruculuğunda irəliləyişə nail olmaq üçün olduqca önəmlidir. Aİ Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə üçüncü üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında vacib məqamlar - əhəmiyyətli detallar yer alıb, bir sıra məsələlərə aydınlıq gətirilib. Qeyd edilib ki, müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik: “Bizim humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldu və biz itkin düşmüş insanların taleyinə də toxunduq”.
Şarl Mişel vurğulayıb ki, “sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq”. Təbii ki, bu, qarşıdakı dövrdə sərhəddə hər hansı bir gərginliyə yol verilməməsi, delimitasiya və demarkasiya prosesinin maneəsiz, ardıcıl davam etdirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, tərəflər arasında etimad quruculuğu üçün önəmlidir. Çünki mübahisəli məqamların aradan qaldırılması tərəflərin mövqelərinin yaxınlaşdırılmasına və ortaq - birgə hərəkət mexanizminin yaradılmasına xidmət edir.
Aİ Şurasının Prezidentinin diqqətə çatdırdığı digər məsələ regionda kommunikasiyaların bərpası istiqamətində fəaliyyətin davam etdirilməsidir: “Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər”. Göründüyü kimi, yeni nəqliyyat koridorunun yaradılması - Zəngəzur dəhlizinin reallaşdırılması postmüharibə dövründə strateji gündəliyin tərkib hissəsidir. Güc mərkəzləri - region dövlətləri və bölgədənkənar ölkələr, təşkilatlar, o cümlədən Aİ anlayır və nəzərə alır ki, Azərbaycanın iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir. Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni çoxvektorlu işbirliyinin əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır. Azərbaycan Prezidenti dəfələlərlə hər kəsin, o cümlədən Ermənistanın yeni reallıqları qəbul etməli olduğunu qeyd edib. Dövlət başçısı, eyni zamanda, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulayıb. Kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar qeyri-müəyyən şərait yaratmaq, vaxtı uzatmaq cəhdləri heç bir nəticə verməyəcək;
Sülh sazişinə gəlincə, Şarl Mişel qeyd etdi ki, “liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər”. Şübhəsiz ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Ekspertlər qeyd edirlər ki, yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir. Brüssel görüşünün nəticələri bu istiqamətdə irəliyə doğru mühüm addım atıldığını - prosesin davam etdiyini göstərir. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması isə sülh razılaşmasının əsas komponentidir. Təbii ki, burada əsas məqam ərazi bütövlüyüdür. Yəni Brüssel sülh gündəliyi əsasında aparılan danışıqlar məhz beynəlxalq hüquq normalarına uyğundur. Bu isə prosesin Azərbaycanın əvvəldən bəyan etdiyi yanaşmasına və mövqeyinə müvafiq olduğunu təsdiqləyir.
Beləliklə, Brüssel görüşünün nəticələri ümidverici - müsbət və gələcəyə yönəlikdir. Reallıq budur ki, Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır. Aİ Şurasının Prezidenti mətbuata açıqlamasında “Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”, - deyə vurğulayıb. Yəni proses davam edir və qarşıdakı dövrdə də intensiv diplomatik trafik müşahidə olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

