Görüş baş tutarsa...
29.07.2022 [09:57]
3 istiqamət əsas götürüləcək
NARDAR
Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyasının rəhbəri Eduard Ağacanyan bu günlərdə yerli mediaya müsahibəsində Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü barədə danışıqların aparıldığını deyib. O, görüşün dəqiq vaxtı ilə bağlı fikir bildirməyib.
Məlumdur ki, Azərbaycan hər zaman danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirir. Bununla belə, dövlətimiz heç vaxt görüntü xatirinə görüşlərin keçirilməsinin tərəfdarı deyil, konkret nəticələrə hesablanmış danışıqların tərəfdarı kimi çıxış edib. İndiki mərhələdə də belə bir görüşün keçirilməsi nə dərəcədə realdır?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, bu görüş haqqında informasiya yalnız Ermənistan tərəfindən yayılıb. Onun sözlərinə görə, sonuncu dəfə mayın 22-də Brüsseldə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel səsləndirdiyi bəyanatında iyulun sonu-avqustun əvvəlində iki ölkənin liderlərinin növbəti görüşünün nəzərdə tutulduğunu vurğulamışdı. Görünür, həmin görüş üçün hazırlıqlar başlayıb. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin üç mərhələyə bölündüyünü deyən politoloq qeyd edib ki, liderlər arasında danışıqlar ali səviyyədə həyata keçirilir: “Bundan başqa, liderlərin şəxsi nümayəndələri, eləcə də xarici işlər nazirləri arasında təmaslar var. Xarici işlər nazirlərinin sonuncu dəfə təması Gürcüstanın paytaxtı Tbilisi şəhərində oldu. Bu görüşdə gözlənilər nəticələr əldə olunmasa da, birbaşa dialoq müsbət hal kimi dəyərləndirilməlidir. ABŞ-ın dövlət katibi Blinkenin liderlərlə telefon danışığında da Tbilisi görüşünün əhəmiyyəti vurğulanıb”.
Danışıqların predmetinə gəlincə, İ.Hüseynov deyib ki, proses üç istiqaməti əhatə edir. Birincisi, kommunikasiyaların açılmasıdır ki, ötən ilin əvvəlindən fəaliyyətə başlayan işçi qrupu bu məsələ ilə məşğul olur. İkincisi, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasıdır. Bununla bağlı iki ölkənin baş nazir müavinləri sərhəddə görüşüblər. 22 may tarixində keçirilən Brüssel görüşündən sonra isə hər iki tərəf sərhəd məsələsi ilə əlaqədar dövlət komissiyası yaradıb. Prosesin üçüncü istiqaməti isə sülh sazişi ilə bağlıdır ki, Xarici İşlər Nazirliyi bununla məşğul olur.
Politoloq hesab edir ki, tərəflər arasında münasibətlərin normallaşması prosesi kompleks şəkildə tənzimlənir: “Bu, regional sülhün tənzimlənməsinə yönəlib. Təəssüflər olsun ki, ABŞ dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə təmas qurduğu dönəmdə Ermənistan tərəfi həm dövlət sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə təxribatlar törətdilər. Bu təxribatlar təhlükəsizliyə böyük təhdiddir və regional eskalasiya risklərini də artırır. Ona görə də, siyasi təmasların davam etdirilməsinə böyük ehtiyac var. Keçirilən görüşlər gərginliyin azalmasına xidmət edən amildir. Xatırladım ki, erməni tərəfi danışıqlar prosesindən çıxdıqdan sonra İkinci Qarabağ müharibəsi baş verdi və müharibə tarixi qələbəmizlə yekunlaşdı. Ona görə də, Ermənistan ölkəmizin danışıqlar masasındakı tələblərini qəbul etməli, yeni geosiyasi reallıqlarla barışmalıdır. Ölkəmizin irəli sürdüyü 5 maddəlik təkliflər sülh sazişinin bazasını təşkil etməlidir”.
Zəngəzur dəhlizi məsələsindən də danışaq politoloq Azərbaycanın bu layihənin reallaşması üçün böyük məsafə qət etdiyini deyib. Ölkəmiz həm avtomobil, həm də dəmir yolunun çəkilməsi ilə bağlı işləri sürətlə həyata keçirir. Amma Ermənistan isə bu yöndə heç bir addım atmır. “Digər məsələ, Laçın və Zəngəzur dəhlizlərinin hüquqi rejimi ilə bağlıdır. Azərbaycan dəhlizlərin məsələsinə eyni yanaşmanın tərəfdarıdır. Ermənistan bu prosesə də əngəl törətməməlidir. Nəzərə almalıdır ki, Türkiyə ilə münasibətlərin normallaşması Azərbaycanla sülhə gəlməkdən keçir. Çünki regiondakı bütün proseslər bir-biri ilə əlaqəlidir”, - deyə İ.Hüseynov vurğulayıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46

