/ / Prezident İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul edib
Prezident İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul edib
17.05.2011 [03:27]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul edib.
Dövlətimizin başçısı Qafqaz Xalqları Ali Dini Şurasının Azərbaycanın paytaxtında keçirilmiş hesabat konfransının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında hərtərəfli və sıx əməkdaşlığın, dini mövzuda müxtəlif tədbirlərin və dini liderlərin qarşılıqlı səfərlərinin Qafqazda sabitliyin, təhlükəsizliyin və etimadın möhkəmləndirilməsində vacib rol oynadığını qeyd edib.
Dövlətimizin başçısı Azərbaycanın qısa müddətdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolunu xarakterizə edib, respublikamızda vicdan azadlığına, dini və milli mənəvi dəyərlərə dövlət səviyyəsində hərtərəfli qayğı göstərildiyini və müqəddəs dini ocaqların qorunduğunu bildirib.
Terrorizm, ekstremizm və digər dünyəvi problemlərə qarşı mübarizədə Azərbaycanın öncüllər sırasında olduğunu deyən Prezident İlham Əliyev düzgün gənclər siyasətinin aparılmasının vacibliyini də xüsusi qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, şeyxülislam Allahşükür Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının yüksək səviyyədə keçdiyini və mühüm qərarların qəbul olunduğunu deyib.
A.Paşazadə Ulu öndər Heydər Əliyevin hərtərəfli səyləri nəticəsində Azərbaycanda dini və milli mənəvi dəyərlərə dövlət səviyyəsində həssas münasibət göstərildiyini və bu siyasətin indi də uğurla davam etdirildiyini söyləyib. Şeyxülislam dindarların bundan sonra da Qafqazda sülh, sabitlik və hərtərəfli inkişafa töhfələrini əsirgəməyəcəklərini vurğulayıb.
Dağıstan Müsəlmanları Ruhani idarəsinin sədri, müfti Əhməd Abdullayev Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın getdiyini və milli mənəvi dəyərlərin uca tutulduğunu bildirib.
çeçenistan Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Soltan Mirzəyev çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb. Qonaq Azərbaycanın sosial-iqtisadi sahədə qısa müddətdə əsaslı inkişaf yolu keçdiyini deyib.
Şimali Osetiya-Alaniya Müsəlmanları Ruhani idarəsinin sədri, müfti Hacımurad Qatsalov və Adıgey Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Nurbiy Yemij Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsində və regional inkişafda Azərbycanın vacib rol oynadığını qeyd edib.
MDB Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədri Abbas Abbasov dinlərarası dialoqun möhkəmləndirilməsi üçün bundan sonra da hərtərəfli tədbirlərin həyata keçiriləcəyini deyib.
Prezident İlham Əliyev qonaqlardan Şimali Qafqaz respublikalarının rəhbərlərinə salamlarının və xoş arzularının çatdırılmasını xahiş edib, Qafqaz Xalqları Ali Dini Şurasının Bakıda keçirilmiş hesabat konfransının iştirakçılarına uğurlar arzulayıb.
Görüşün sonunda xatirə şəkili çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

