Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb
30.06.2011 [10:44]
ölkəmizdə rəsmi səfərdə olan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas dünən Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də güllər düzülüb.
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Azərbaycanın azadlığı və bütövlüyü uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanını da ziyarət edib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat veriblər.
Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Prezident Mahmud Abbas Ulu öndərin şəxsi arxivindən götürülmüş və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.
Fondla tanışlıq zamanı Fələstin Dövlətinin Prezidentinə məlumat verilib ki, Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, Ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.
Prezident Mahmud Abbas Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Fələstin Dövlətinin Prezidentinə xatirə hədiyyəsi və Fondun fəaliyyətindən bəhs edən kitab təqdim edib.
Ali qonaq Fonddan zəngin təəssüratla ayrılıb.
Fələstin Dövlətinin başçısı səfirliyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident Mahmud Abbas səfirliyin əməkdaşları ilə görüşüb.
Baş nazirin müavini Elçin Əfəndiyev Fələstin Dövlətinin ölkəmizdə səfirliyinin açılmasını xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da inkişafına şərait yaradacağını bildirib.
Prezident Mahmud Abbas Bakıda Fələstin səfirliyi üçün binanın verilməsinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Fələstin Dövlətinin başçısı məhz bu amilin ölkələrimiz arasında mövcud əlaqələrin inkişafının daha bir göstəricisi olduğunu vurğulayıb.
ölkəmizə ilk səfərindən məmnun qaldığını bildirən ali qonaq Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirib. Xalqlarımız arasında qədim tarixi əlaqələrin mövcudluğundan danışan Prezident Mahmud Abbas Azərbaycan ilə Fələstin arasında bir çox sahələrdə yeni əməkdaşlıq imkanlarının olduğunu qeyd edib. Fələstin Dövlətinin başçısı gələcəkdə sosial-iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50

