/ / Prezident İlham Əliyev Bakının Yasamal və Nəsimi rayonlarında 225 və 35 nömrəli orta məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub
Prezident İlham Əliyev Bakının Yasamal və Nəsimi rayonlarında 225 və 35 nömrəli orta məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub
09.08.2011 [10:37]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bakının Yasamal rayonundakı 225 nömrəli və Nəsimi rayonunun ərazisində yerləşən 35 nömrəli orta məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Xəbər verildiyi kimi, 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtda 111 təhsil obyektinin əsaslı şəkildə təmirinə başlanılıb. Bunlardan 54-ü məktəb, 57-si isə uşaq bağçası binasıdır. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulur.
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə Bakının Yasamal rayonundakı 225 nömrəli məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. Dövlət başçısına görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, 38 sinif otağı, 729 şagird yeri olan məktəb binası 1964-cü ildə istifadəyə verilib. Paytaxtın nümunəvi təhsil ocaqlarından sayılan 225 nömrəli məktəb 2009-2010-cu tədris ilinin ən yaxşı məktəbi adına layiq görülüb. Dörd mərtəbədən ibarət olan bu məktəb binası da Dövlət Proqramı çərçivəsində əsaslı şəkildə yenidən qurulur.
Görülən işlərlə tanışlıqdan sonra dövlət başçısı paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 35 nömrəli orta məktəb binasında aparılan təmir və yenidənqurma işlərinin gedişi ilə də tanış olub. Təmir işləri ilə bağlı Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, 450 şagird yeri olan bu məktəb binası 1930-cu ildə istifadəyə verilib. Məktəbdə dərslər iki növbədə tədris olunur və burada 700 nəfər şagird təhsil alır. Məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı həyata keçirilən proqram çərçivəsində 35 nömrəli məktəbin köhnə binası əsaslı şəkildə yenidən qurulacaq, burada 20 sinif otağından ibarət üçmərtəbəli yeni korpus və idman zalı da inşa ediləcək.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54

