/ / Prezident İlham Əliyev Qala qəsəbəsindəki 92 nömrəli orta məktəbin binasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub
Prezident İlham Əliyev Qala qəsəbəsindəki 92 nömrəli orta məktəbin binasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub
08.09.2011 [10:34]
2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəb binalarının əsaslı təmir və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Dövlət Proqramına əsasən məktəb binalarında təmir işləri ilə yanaşı, ehtiyacı olan təhsil ocaqları üçün əlavə sinif otaqlarının, idman və akt zallarının, yeni korpusların inşası və lazımi avadanlıqla təchizatı da nəzərdə tutulub.
Prezident İlham Əliyevə 92 nömrəli orta məktəb binasında həyata keçirilən təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, ikimərtəbəli məktəb binası 1969-cu ildə istifadəyə verilib. 480 şagird yerlik orta məktəbdə birinci növbədə 436 şagird oxuyur. İkinci növbədə isə Laçın rayonunun Malıbəy kəndindən olan 80 şagird təhsil alır. Dövlət Proqramına uyğun olaraq həyata keçirilən təmir işləri zamanı məktəb binası tamamilə müasir səviyyədə yenidən qurulub, ikinci mərtəbədə əlavə 6 sinif otağı tikilib, siniflər yeni partalarla təmin edilib, qapı və pəncərələr dəyişdirilib, döşəmə əsaslı şəkildə yenidən qurulub, tavan tam bərpa edilib. Məktəbdə müasir istilik sistemi quraşdırılıb.
Dövlət başçısı yeni qazanxananın qış mövsümünə qədər tikilib işə salınması, o cümlədən məktəbin elektrik enerjisi və qazla təchiz edilməsi ilə bağlı tapşırıqlar verib.
92 nömrəli məktəbin həyəti abadlaşdırılıb, asfalt örtüyü dəyişdirilib. Məktəbin yerləşdiyi küçəyə yeni asfalt örtüyü döşənib, ətrafında yaşıllıq zolaqları salınıb.
Qeyd edək ki, dövlət başçısı şagirdlərin rahat gediş-gəlişini təmin etmək üçün məktəbə avtobus hədiyyə edib. Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev məktəbin yaxınlığındakı ərazidə şagirdlərin və qəsəbə sakinlərinin istifadəsi üçün yeni idman kompleksinin inşa olunması ilə bağlı tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxHadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12

