Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villiger ilə görüşüb

Prezident İlham Əliyev "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villiger ilə görüşüb

27.01.2012 [01:38]

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “UBS Global” şirkətinin direktorlar şurasının sədri Kaspar Villiger ilə görüşü olub.
Görüşdə İsveçrənin hazırda ən böyük banklarından olan “UBS” bankı ilə Azərbaycan arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə maliyyə əməkdaşlığı sahəsində əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılıb.
Azərbaycana səfərlərini, Ulu öndər Heydər Əliyev ilə görüşlərini xatırladan Kaspar Villiger Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini deyib.
Paylaş:
Baxılıb: 969 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Sosial

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30