Koroğlu bizim xalq qəhrəmanımızdır
01.03.2012 [22:51]
Tarixin müxtəlif dövrlərində öz qəhrəmanlıqları ilə seçilən, Azərbaycan xalqının rəmzinə çevrilmiş çoxsaylı tarixi qəhrəmanlar olub. Bu qəhrəmanların bu gün yaddaşlarda yaşadılması və gənc nəsildə onlar haqqında ətraflı məlumatın olması üçün dövlətimiz tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. 2009-cu ildə Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında ölkə Prezidenti İlham Əliyevin Sərəncam imzalaması və Sərəncamdan irəli gələrək cari ildə Bakıda Koroğlunun xatirəsinə abidənin ucaldılması bunun bariz nümunəsidir. Koroğlu kimi xalq qəhrəmanlarının və tarixi şəxsiyyətlərin ölkəmizdə abidələrinin ucaldılması Azərbaycanın qədim və zəngin tarixinin daim yaşamasına və gənc nəslin yaddaşına həkk olmasında oynadığı rolun əhəmiyyəti böyükdür. Şübhəsiz, bütün Türk dünyasının ortaq qəhrəmanı olan Koroğlu xalqımızın igidliyi, mübarizliyi, vətənpərvərliyinin simvoluna çevrilib. Azərbaycan xalqının əfsanəvi qəhrəmanı Koroğlu milli-mənəvi dəyərlərin daşıyıcısına çevrilərək daim xalqın yanında ona arxa-dayaq olub, ədalətsizliyə qarşı mübarizə aparan sərkərdə olub. Bütün bu xüsusiyyətlərinə görə əsrlərdən bəri xalqın yaddaşına həkk olunub.
Fevralın 21-də Bakıda xalq qəhrəmanı Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev bildirib ki, Koroğlu bizim xalq qəhrəmanımızdır və daim Azərbaycan xalqının qəlbində yaşayıb: “Koroğlu obrazı vətənpərvərlik, igidlik, mərdlik, şücaət obrazıdır. Koroğlu Azərbaycan xalqına xas olan bütün gözəl xüsusiyyətləri özündə əks etdirir. Vətənpərvərlik kimi bu gün də çox vacib olan amil Koroğlu obrazında bariz şəkildə özünü göstərir”.
Qeyd etdiyimiz kimi, Azərbaycan xalqının əfsanəvi qəhrəmanı Koroğlu oğuzların ortaq hadisəsi, eyni adlı dastan oğuzların, ümumən Türk dünyasının ortaq abidəsidir. Bu anlamda, Türk dünyasının, ümumtürk coğrafiyasının ən mühüm ölkəsi olan Azərbaycan paytaxtında Koroğlunun abidəsinin ucaldılması xüsusi məna daşıyır.
Xalq qəhrəmanı Koroğlunun xatirəsinə Bakıda möhtəşəm abidənin ucaldılmasının əhəmiyyəti həm də Azərbaycan mədəniyyətinə, milli-mədəni irsinə verilən töhfə kimi də dəyərləndirilə bilər. Belə ki, Azərbaycan xalqının qəhrəmanlıq obrazının abidə səviyyəsində rəmziləşdirilməsi xalqın mənəvi yaddaşının yaşadılması və qorunub saxlanması deməkdir. Koroğlu həm tarixi və həm də mifoloji obraz kimi səciyyələnir. Koroğlu, əsasən, Azərbaycan xalqının bütün gözəl keyfiyyətlərini özündə cəmləşdirən və birliyi özündə ifadə edən xəlqi bir obrazdır. Digər tərəfdən, gənc nəslə qəhrəmanlıq, şücaət, mübarizlik hissinin aşılanmasında, ümumilikdə yeni nəslin vətənpərvər ruhda yetişdirilməsində “Koroğlu” dastanı çox mühüm bir vasitədir. Dövlət başçısının da qeyd etdiyi kimi, Koroğlu abidəsinin ucaldılması bir tərəfdən tarixi ədaləti əks etdirir, digər tərəfdən, Koroğlu abidəsi bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu əyani şəkildə göstərir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Koroğlu abidəsinin ucaldılması həm tarixi şəxsiyyətə hörmətin əlaməti, həm keçmişimizə olan münasibət, həm də Koroğlunun etdiyi fədakarlığa görə Azərbaycan xalqının ona verdiyi qiymətidir. Dövlət başçısı həm də vurğulayıb ki, xüsusilə qloballaşan dünyada milli-mənəvi dəyərlərinə bağlı, milli kökü, adət-ənənə, keçmişi və tarixi barəsində məlumatlı olmaqla yalnız güclü dövlət qurmaq mümkündür: “Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə güclü mövqelərə malik olmaq olar, - halbuki bunun üçün də çox çalışmaq lazımdır, - ancaq milli-mənəvi dəyərlər olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulubdur. çoxəsrlik tarix, mədəniyyət üzərində qurulubdur. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir”.
SEVİNC
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58

