Sülh üçün vacib olan meyar - ədalət və həqiqət...
14.12.2023 [10:30]
Ermənilərin manipulyasiya cəhdləri yolverilməzdir
Yeni siyasi reallıqda Cənubi Qafqazın gələcək inkişafı üçün mühüm perspektivlər yaranıb. Bu gün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi, başqa sözlə, sülh məsələsi bölgəsəl problemlərin açarı və əsas prioriteti kimi çıxış etməkdədir. Sülh məsələsi Ermənistan ilə Azərbaycan üçün vacib olduğu qədər bəzi xarici qüvvələr tərəfindən də “maraqla” izlənir. Səbəb ortadadır - sülh məsələsi regional olduğu qədər qlobal aktuallığa da malikdir. Çünki Cənubi Qafqazda davamlı sülhün əldə olunması, təhlükəsizlik arxitekturasının formalaşdırılması bir tərəfdən regional problemin həllini özündə əks etdirirsə, bölgədə sabitliyi təmin edəcəksə, digər tərəfdən qlobal layihələrin reallaşması və genişləndirilməsi üçün bir təkan olacaq - yeni dövrün iqtisadi münasibətlərinin nizamlanması, yeni mərhələnin formalaşdırılması, həm də müəyyən mənada, Ermənistan ilə Azərbaycan arasında sülhün tez bir zamanda imzalanmasından asılıdır. Düzdür, Ermənistanın bəzi davranışları, xüsusilə Azərbaycanın son sülh variantını 70 gündən sonra cavablandırması qarşıdakı yaxın gələcək üçün birmənalı proqnozlar səsləndirməyə imkan vermir - bu ölkənin sülh prosesi ətrafında əl atdığı siyasi manipulyasiyalar, törətdiyi siyasi təxribatlar rəsmi İrəvanın sülh prosesini inkişaf etdirmək arzusunu istisna edir. Bununla belə, son zamanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayması, qarşılıqlı şəkildə hərbçilərin azad edilməsi qərarı, Ermənistan Respublikasının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycan Respublikasının namizədliyini dəstəkləməsi müsbət impulsların artmasının göstəricisidir. Bu kimi faktlar həm də qarşılıqlı təmasların ikitərəfli müstəvidə inkişafı üçün mühüm zəmin yaradır.
Sülhə xidmət etməyən “qüvvələr”...
Vurğulanan xarici qüvvələr, xüsusilə Ermənistanın daxilindəki revanşist müxalifət vasitəsilə prosesə təsir imkanları qazanmaq istəyən qüvvələr vaxtaşırı sülh prosesi ətrafında ajiotaj formalaşdırmağa çalışır. Məsələn, bir zamanlar Azərbaycanın separatçı xuntanı ləğv etməsi qərarı ilə “barışmayan” revanşist Ermənistan müxalifəti bu gün daha fərqli aspektlərlə “gündəmə gəlməyə” çalışır. Zaman-zaman Ermənistan cəmiyyətinə yalan fikirlər yaymaqla sülhə münasibəti dəyişməyə cəhd göstərirlər. Təsadüfi deyil ki, bir neçə gün öncə də “Hraparak” nəşri Azərbaycanın sülh sazişinə dair təklifləri ilə tanış olan erməni deputatlara “istinadən” müəyyən “detalları” dərc edib. Bu “iddialarda” sülh müqaviləsində Bakının İrəvan qarşısında qaldırdığı tələblərlə bağlı yeni iddialar irəli sürdüyü “əks olunur”.
Birincisi, Azərbaycanın irəli sürdüyü sülh şərtləri ortadadır - dövlətimiz prosesin şəffaf və beynəlxalq hüquq müstəvisində tənzimlənməsində maraqlıdır. Müzakirə olunan bütün predmetlər isə beynəlxalq hüquqa əsaslanmalıdır.
“Otlaq” adı altında Ermənistan SSR tərəfindən zəbt olunan ərazilər...
Nəşr iddia edir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır, lakin bunu rəqəmlə qeyd etmir: “Yəni Ermənistanın 29800 kvadratkilometr ərazisi olduğunu qəbul etmir. Ermənistanın ərazisi sərhədin delimitasiya və demarkasiyasından sonra bəlli olacaq”. Nəşr yazır ki, Azərbaycan sərhədin SSRİ dövrünün xəritələrinə uyğun delimitasiyasını da qəbul etmir. “1974-1979-cu illərin xəritələri seçimlər arasındadır, lakin Azərbaycan heç bir xəritə ilə razılaşmır. Bakının əsas tələblərindən biri də anklavlardır”, - nəşr yazır. Ermənistan parlamentinin müxalif deputatları Qeqam Manukyan, Kristine Vardanyan və Aspram Krpeyan ötən həftə sülh sazişinə dair Azərbaycanın təklifləri ilə tanış olmaq üçün Ermənistan Xarici İşlər Nazirliyində olub. Nəşr iddialarını bu deputatlara istinadən irəli sürür. Qeqam Manukyan sənədin tam məxfi qrifli məqamlarını ictimaiyyətə açıqlamasa da, qeyd edib ki, “təkliflərlə tanış olmaq onun təhlükəsini təsdiqlədi və qorxuları gücləndirdi”.
Bildirək ki, delimitasiya ilə bağlı məsələ hazırda ən aktual müzakirə mövzusudur. Ermənistan sərhədin delimitasiyasını öz xeyrinə həll etmək istəyir - ötən əsrin əvvəlində Azərbaycan torpaqları hesabına yaradılan Ermənistan tərəfindən SSRİ dövründə də ərazilərimiz zəbt olunub. Sovetlər dövründə Azərbaycan əraziləri otlaq və əkin sahələri adı altında Ermənistana “bağışlanıb”. Azərbaycan delimitasiya prosesində bu tarixi ədalətsizliyi bərpa etmək niyyətindədir. Məsələn, tarixi faktlara əsaslansaq, hazırda bizi Naxçıvandan ayıran - dəmir yolu ilə 40-46 kilometrlik məsafə hətta Zəngəzur Ermənistana verilən zaman belə o qədər olmayıb. Xəritələrə diqqət yetirildikdə bu məsafənin 10 km olduğu bildirilir. Amma sonradan həm Naxçıvana daxil olan kəndlər, həm də indiki Zəngilan rayonundan qoparılan “otlaq sahələri” Ermənistana qatılıb və 10 kilometrlik məsafə 46 km-a çatıb. Başqa sözlə, Ermənistanın iddalarında sonradan otlaq adı ilə qəsb edilən torpaqlarımız da “yer alır” ki, bu da yolverilməzdir...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

