Qisas qiyamətə qalmadı!
28.02.2024 [10:10]
Xocalısız işimiz yarımçıq qalardı...
Prezident İlham Əliyev: Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik
Mübariz FEYİZLİ
Müstəqilliyinin ilk illərində Ermənistanın təcavüzünə məruz qalan və ərazilərinin 20 faizini itirən Azərbaycan işğal faktı ilə heç vaxt barışmadı. Prezident İlham Əliyev güclü qətiyyət, siyasi iradə ortaya qoyaraq ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasını daim ölkə gündəliyinin mərkəzində saxladı. Nəhayət, 2020-ci ildə baş verən 44 günlük müharibədə Azərbaycan şanlı Zəfər qazanaraq ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsi bilavasitə döyüş meydanında işğaldan azad edildi. Bundan sonra 2020-ci il 10 noyabr tarixində onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qalan məğlub Ermənistan həmin sənədlə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi.
Xocalı azad olunmadan biz sakitləşə bilməzdik
Vətən müharibəsində işğal altındakı ərazilərimizin böyük hissəsi geri qaytarılsa da, Xankəndi, Xocalı və bəzi başqa yaşayış məntəqələrində suverenliyimiz hələ də təmin olunmamışdı. Qalib Azərbaycan tarixi ərazilərimizdə, o cümlədən də Xocalıda separatizm yuvasının qalması ilə barışa bilməzdi. Buna görə də Vətən müharibəsi şanlı Zəfərimizlə başa çatandan sonra Azərbaycan cəmiyyətində haqlı suallar yaranmışdı: Bəs Xankəndi, Xocalı necə olacaq? Həqiqətən də, biz necə barışa bilərdik ki, zamanında bir gecənin içində yerlə-yeksan edilən, soyqırımı faciəsi yaşayan Xocalı separatçıların əlində qalsın. Əslində, Özünün təbirincə desək, nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndinin, Xocalının və digər yaşayış məntəqələrimizin də separatçılardan təmizlənməsinin planlarını götür-qoy etmişdi. Sadəcə, O, bu planların həyata keçirilməsi üçün uyğun zamanın gəlməsini, müvafiq şəraitin yetişməsini gözləyirdi. Nəhayət, dövlətimizin başçısı ötən il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə bağlı tapşırıqlarını verdi. Silahlı Qüvvələrimizin yüksək peşəkarlıqla həyata keçirdiyi antiterror tədbirləri cəmi 23 saat ərzində uğurla tamamlandı və separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. “Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər - hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı”, - deyə Prezident İlham Əliyev fevralın 26-da Xocalı ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında vurğulayıb.
Xocalıda yaradılan memorial kompleks
Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq. Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.
Memorial müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq. Prezident İlham Əliyev çıxışında memorial kompleksin yaradılması ilə bağlı vacib bir xatırlatma da edib. “Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52

