Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Paytaxt sakini Zaqatalada dəm qazından boğularaq ölüb

Paytaxt sakini Zaqatalada dəm qazından boğularaq ölüb

24.03.2025 [13:45]

Zaqatalada dəm qazından zəhərlənmə qeydə alınıb. Rayonun Aşağı Tala kəndinə qonaq gələn paytaxt sakininin hamamda meyiti aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, səhər saatlarında Aşağı Tala kəndində bir nəfərin hamam otağında huşsuz vəziyyətdə aşkar edilməsi barədə məlumat daxil olub. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası göndərilib. Həkimlərə qədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, meyiti aşkar edilən Bakı şəhər sakini 34 yaşlı Sənan Məmmədov ailəsi ilə birlikdə Novruz bayramını qeyd etmək üçün Zaqatalaya gəlibmiş.

İlkin ehtimallara görə, o, dəm qazından boğularaq ölüb. Hadisə yerinə rayon hüququ-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Zaqatala rayon prokurorluğunda faktla bağlı araşdırma başlanılıb.

Paylaş:
Baxılıb: 599 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31