Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Ağstafada ağır yol qəzası baş verib, bir nəfər ölüb

Ağstafada ağır yol qəzası baş verib, bir nəfər ölüb

29.03.2025 [21:31]

Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə rayonun Xətai kəndi ərazisində qeydə alınıb. 2004-cü il təvəllüdlü Elin Mamayevin idarə etdiyi “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Hadisə yerinə təcili yardım və FHN-in xilasedici qrupu cəlb olunub. Deformasiyaya uğramış avtomobildən meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
Baxılıb: 622 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31