Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Otuz səkkiz kiloqramdan artıq narkotik vasitənin və üç minə yaxın həbin Azərbaycana keçirilməsinin qarşısı alınıb – BİRGƏ MƏLUMAT

Otuz səkkiz kiloqramdan artıq narkotik vasitənin və üç minə yaxın həbin Azərbaycana keçirilməsinin qarşısı alınıb – BİRGƏ MƏLUMAT

25.05.2026 [12:53]

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində DSX və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə DSX-nin və DİN-in birgə məlumatında bildirilib.

Qeyd olunub ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31