Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / AFFA Premyer Liqanın üç klubunu cərimələyib

AFFA Premyer Liqanın üç klubunu cərimələyib

24.05.2024 [13:38]

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın XXXV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Zirə” ilə oyunda “Kəpəz”in azarkeşləri tərəfindən hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə təmsilçisi 1000 manat cərimələnib. 

“Qarabağ” – “Turan Tovuz” qarşılaşmasından sonra akkreditasiyası olmayan şəxslərin “Zona 1”ə daxil olması Ağdam klubunu 500 manat xərcə salıb. 

“Qəbələ” ilə görüşdə 5 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” isə 700 manat ziyana düşüb.

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30