Olimpiya oyunları ölkəmizə nə bəxş edir?
09.09.2024 [15:38]
İdman aləmində 4 illiyin zirvə yarışı hesab edilən Yay Olimpiya Oyunları hər bir dövlətin ən çox diqqət ayırdığı, habelə iştirak edəcək atletlərdən kifayət qədər güc, psixoloji hazırlıq və vətənpərvərlik tələb edən ən ali idman yarışıdır. Əlbəttə ki, bu amillərin çərçivəsində baxdıqda hər bir ölkə Olimpiya Oyunlarında bayrağının ucalmasını, idmançıların fəxri kürsülərində medal qəbul etməsini gözləyər. Eyni zamanda hər bir idmançının da arzusudur olimpin zirvəsinə qalxmaq və orada himni səsləndirmək...Bu mənada bizim ölkəmiz də müstəqillik tarixi ərzində ən dərin ənənələrə sahib Azərbaycan idmanının hər zaman Olimpiya oyunlarında layiqli yerdə dayanmasını və idmançılarımızın ən mötəbər arenada fərqlənməsi üçün əlindən gələni etməkdə, idmançılarımıza lazımı şəkildə diqqət ayırmaqdadır. 1996-cı ildən bəri yaşanan tarixə baxdıqda ölkəmiz hər 4 ildən bir Olimpiya oyunlarında fərqlənmiş və bu statistik göstəricinin artmasına davamlı inkişaf yolu planlaşdırıb. Bir sözlə, Azərbaycan idmanı illərlə irəliləmiş və bu günlərədək öz əzmkar ruhunu, döyüşkən mübarizəni və ən həssas idman prinsiplərini qoruyub saxlamışdır.
"2024-cü il Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları da Azərbaycan idmanı və atletlərimiz üçün çox uğurlu keçdi. Cüdo idman növündə 16 ildən sonra, elə məhz olimpiya çempionu Elnur Məmmədlinin tələbəsi olan Hidayət Heydərov ilk qızıl medalla idmansevərləri qürurlandırdı. Ardınca -100 kq çəkidə yarışan Zelim Kotsoyevin ikinci qızılı qazanması bayrağımızı ikinci dəfə Parisdə ucalara qaldırdı. Taekvondo idman növündə Qaşım Maqomedovun finaladak rəqiblərini mübərizədən kənarlaşdırması, həlledici görüşdə isə sadəcə zədə səbəbindən qızıl əvəzinə gümüş qazanması 2016-cı il Rio Olimpiadasından sonra Taekvondo azarkeşlərini sevindirdi".
Bu fikirləri İdman üzrə ekspert Fuad Eldarov "Yeni Azərbaycan" a açıqlamasında bildirib. O, eyni zamanda qeyd edib ki, boksçumuz Loren Alfonso Domingezin olimpiya bürüncünü gümüş etməsi, gənc güləşçimiz Həsrət Cəfərovun ilk olimpiya bürünc medalına sahiblənməsi, bundan başqa Giorgi Meşvildişvili və Maqomedxan Maqomedovun da fəxri kürsüyə bürünc mükafatla ucalması ölkəmizdə güləş idman növünə olan etimadı itirmədi: “Bu saydıqlarım yuxarıda da qeyd etdiyim kimi ölkə idmanınızın irəliləyişindən və ən əsas daha parlaq gələcək vəd etməsindən bəhs edən ən vacib amillərdir. Ümid edirəm ki, 2028 Los-Angeles Olimpiadasında bu medalların sayı artacaq və ölkəmiz daha çox çempion qəbul edəcək".
Qeyd edək ki, iştirakçı dövlətlər arasında hər zaman hegemonluğu ilə seçilən ölkələr ABŞ, Çin və Rusiya olub. Əlbəttə ki, ərazi miqyası geniş olan ölkənin tərkibində idmançılar da daha çox yetişir. F. Eldarov həmçinin bildirir ki, yarışların keçirildiyi ölkəyə idmançılarımızı fərdi yox, komanda şəklində - yəni Azərbaycan Milli Komandası tərkibində göndəririk: "Bir idmançının uğuru iştirak edən hər bir atletə təsir edir. Bu mənada ən əsas güləş, cüdo, taekvondo, boks kimi idman növlərində Azərbaycan daha perspektivli ölkələrlə müqayisədə daha yaxşı çıxış edir. Olimpiya Oyunlarının ölkəmiz üçün müsbət tərəfi ölkənin xarici aləmdə müsbət mənada təbliğatıdır. İdman oyunlarında, yarışlarda, turnirlərdə idmançılarımızın iştirakı ölkəmizi hər mənada təmsil edir. Onlara verilən formalarda, yarışlar zamanı geydikləri geyimlərdə, qələbələrdə verdikləri jestlər Azərbaycanın əsil idman ölkəsi olduğundan bəhs edir".
Olimpiya oyunlarının ölkəmiz üçün digər müsbət tərəfinin təşviqat olduğunu bildirən ekspert qeyd edir ki, əgər 5 yaşında bir oğlan uşağı televiziya önündə əyləşib olimpiadada cüdoçu Hidayət Heydərovun qələbəsini sevinclə izləyirsə onda cüdoya maraq yaranır: "Deyək ki, cüdoya gedən 9 yaşında bir idmançı uşaq bu qələbələri görür və məşqlərlərini intensivləşdirir, o özü də çempionun yoluna düşmək istəyir. Yeniyetmə biri artıq uğurlarını sıralamaq istəyir. Cüdo milli komandasının əvəzedici heyətində çıxış edən bir gənc idmançı isə artıq Hidayət olmaq istəyir. Bir Hidayət, Zelim, Alfonso, Qaşım və s. digər bütün medalçılarımız bu tarixi qələbələrlə bütün yaş qruplarında olan istənilən insana təsirini göstərdi. Bu isə ölkə idmanının daha dayanıqlı və güclü bünövrəsinin yaranmasına gətirib çıxarır".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

