Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / UEFA Millətlər Liqası: Azərbaycan millisi bu gün həlledici oyuna çıxacaq

UEFA Millətlər Liqası: Azərbaycan millisi bu gün həlledici oyuna çıxacaq

19.11.2024 [10:59]

Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının C Divizionunda sonuncu matçını keçirəcək.

AZƏRTAC xəbər verir ki, I qrupda yer alan milli komanda səfərdə İsveçin qonağı olacaq. “Strouberri Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qarşılaşmanı polşalı Pavel Raçkovski idarə edəcək.

Azərbaycan milli komandası C Liqasında qalmaq şanslarını davam etdirmək üçün çətin səfər oyununda mütləq qələbə qazanmalıdır. Bu baş verərsə, yığmamız ən yaxşı qrup sonuncularından biri kimi D Liqasında öz qrupunu 2-ci pillədə tamamlayan komandalardan biri ilə gələn il pley-off matçları keçirəcək.

Qeyd edək ki, İsveç millisi 13 xalla qrup liderliyini təmin edib. Azərbaycan seçməsi isə 1 xalla sonuncu – 4-cü sırada qərarlaşıb.

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30