Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Sumqayıt” klubu iki futbolçu ilə yollarını ayırıb

“Sumqayıt” klubu iki futbolçu ilə yollarını ayırıb

23.12.2024 [13:18]

“Sumqayıt” komandası iki futbolçusu ilə yollarını ayırıb.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi Fernando Medeyros və Azərbaycan millisinin üzvü Rəhim Sadıxov “kimyaçılar”ı tərk ediblər.

Zədəli olan F.Medeiros baş məşqçi Vaqif Cavadovun istəyilə komandadan göndərilib. Futbolçu özü də “Sumqayıt”da qalmaq istəmədiyini bildirib. R.Sadıxov isə “Turan Tovuz”la anlaşıb. “Transfer pəncərəsi” açıldıqdan sonra onunla rəsmi müqavilə imzalanacaq.

“Sumqayıt”la sözləşməsi başa çatan ekvadorlu hücumçu Cordan Rezabalanın komandada qalıb-qalmayacağı isə hələlik dəqiq deyil. Futbolçu ailəsi ilə danışdıqdan sonra yekun qərarını verəcək.

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30