Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
10.01.2025 [10:38]
Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı yanvarın 9-da qala mərasimi təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da mərasimdə iştirak ediblər.
Qala mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Nazir Prezident İlham Əliyevin ötən ilin idman yekunları ilə bağlı olan tədbirdə idman ictimaiyyətinin bir sıra nümayəndələrini mükafatlandırdığını diqqətə çatdırıb. O, bu addımın idmançılara stimul verdiyini bildirib. F.Qayıbov 2025-ci ilin idmanımız üçün daha da uğurlu olacağına inandığını bildirib.
Daha sonra 2024-cü ilin idman yekunları barədə hesabat videoçarxı təqdim edilib. Ardınca federasiyalar, idman jurnalistləri arasında və sosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Mərasimdə ilin ən yaxşı media qurumları da açıqlanıb. Birinci yerə “CBC Sport” layiq görülüb. İkinci isə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) olub. AZƏRTAC-a mükafatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib. Üçüncü sıranı isə İdman.biz tutub.
İlin ədalətli oyun (“fair-play”) mükafatçısı
1) Qaşım Maqomedov (Taekvondo)
2) Leyla Abidinova (Atletika)
3) Nərmin Şərifova (Badminton)
İlin ən yaxşı idman tədbiri
1) Formula 1 Azərbaycan Qran-Prisi (Bakı)
2) Beynəlxalq Avarçəkmə Reqatası (Füzuli və Mingəçevir)
3) Cüdo üzrə "Böyük Dəbilqə" turniri (Bakı)
İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi
1) “Ulduz” Futbol Akademiyası
2) ROEQİUG Velosiped məktəbi
3) Masallı Rayon Uşaq və Gənclər Məktəbi
İlin idman mövzusunda ən yaxşı videoçarxı
1) “Bir də gəlsəm” - Azərbaycan Cüdo Federasiyası
2) “Doğru hədəfə yönəl” - ATV
3) Güləşçilərin musiqi testi - Azərbaycan Güləş Federasiyası
İlin ən yaxşı idman fotoqrafı
1) Zaur Mustafayev (Trend.az)
2) Nadejda Cavad
3) İslam Atakişiyev (İdman.biz)
İlin ən yaxşı media qurumu
1) “CBC Sport”
2) AZƏRTAC
3) İdman.biz
İlin ən yaxşı idman jurnalisti
1) Elmir Əliyev (Haqqın.az)
2) Kənan Hakimov (İctimai TV)
3) Nazilə Əhmədova (Real TV)
İlin ən yaxşı idman klubu
1) “Ocaq Sport” İdman Klubu
2) “Neftçi” İdman Klubu
3) “Volan” Badminton Klubu
İlin ən yaxşı idman qurğusu
1) Milli Gimnastika Arenası
2) Bakı Su İdmanı Sarayı
3) “Kür” Olimpiya Tədris-İdman Mərkəzi
İlin ən yaxşı Olimpiya İdman Kompleksi
1) Quba Olimpiya İdman Kompleksi
2) Goranboy Olimpiya İdman Kompleksi
3) Ağdaş Olimpiya İdman Kompleksi
İlin ən yaxşı tibb personalı
1) Aydın Ağaliyev (Gimnastika)
2) Nigar Heydərova (MİTRİ)
3) Ramil Vəliyev (Cüdo)
İlin ən yaxşı idman hakimi
1) Emil Qurbanəliyev (Boks)
2) Nataliya Bulanova (Gimnastika)
3) Asif Şirəliyev (Güləş)
2024-cü ildə uğurlu beynəlxalq fəaliyyətə görə
1) Azərbaycan Atçılıq Federasiyası
2) Azərbaycan Atıcılıq Federasiyası
3) Azərbaycan Ağırlıqqaldırma Federasiyası
İlin ən yaxşı idman federasiyası
1) Azərbaycan Cüdo Federasiyası
2) Azərbaycan Gimnastika Federasiyası
3) Azərbaycan Güləş Federasiyası
İlin kişilərdən ibarət ən yaxşı klub komandası (oyun idman növləri)
1) “Qarabağ” Futbol Komandası
2) “Azərreyl” çimərlik voleybol komandası
3) “Birbaşa Bakı” Minifutbol komandası
İlin qadınlardan ibarət ən yaxşı klub komandası (oyun idman növləri)
1) “Azərreyl” çimərlik voleybol komandası
2) “Neftçi” 3x3 basketbol komandası
3) “Qarabağ” həndbol komandası
İlin kişilərdən ibarət ən yaxşı milli komandası
1) Yunan-Roma güləşi üzrə milli komanda
2) Cüdo üzrə milli komanda
3) Sərbəst güləş üzrə milli komanda
İlin qadınlardan ibarət ən yaxşı komandası
1) Bədii gimnastika üzrə qrup hərəkətləri komandası
2) 3x3 basketbol üzrə milli komanda
3) Güləş üzrə milli komanda
İlin qeyri-Olimpiya idman növləri üzrə ən yaxşı məşqçisi
1) İradə Qurbanova (Akrobatika gimnastikası)
2) Adil Hüseynzadə (Tamblinq gimnastikası)
3) Eduard Məmmədov (Kikboksinq)
İlin ən yaxşı qadın məşqçisi
1) Siyana Vasileva (Bədii gimnastika)
2) Solmaz Adilova (Qadın güləşi)
3) Larisa Axundova (Kanoe və kayak)
İlin ən yaxşı kişi məşqçisi
1) Riçard Trautman (Cüdo)
2) Məmməd Abdullayev (Taekvondo)
3) Qurban Qurbanov (Futbol)
Qeyri-Olimpiya növləri üzrə ilin ən yaxşı idmançısı
1) Ağasif Rəhimov və Raziyə Seyidli (Akrobatika)
2) Ülviyyə Fətəliyeva (Şahmat)
3) Əliqismət Həsənov (Karate)
İlin ən yaxşı qadın paralimpiyaçısı
1) Lamiyə Vəliyeva (Paraatletika)
2) Dürsədəf Kərimova (Paracüdo)
3) Könül Süleymanova (Paraüzgüçülük)
İlin ən yaxşı kişi paralimpiyaçısı
1) İmaməddin Xəlilov (Parataekvondo)
2) Səid Nəcəfzadə (Paraatletika)
3) İlham Zəkiyev (Paracüdo)
İlin ən yaxşı qadın idmançısı
1) Yaylagül Ramazanova (Kamandan oxatma)
2) Anna Skidan (Atletika)
3) Mariya Stadnik (Güləş)
İlin ən yaxşı kişi idmançısı
1) Hidayət Heydərov (Cüdo)
2) Zelim Kotsoyev (Cüdo)
3) Qaşım Maqomedov (Taekvondo)
Tədbirdə karyerasını başa vurmuş bədii gimnastlar Zöhrə Ağamirova və Zeynəb Hümmətova, güləşçilər Hacı Əliyev və Sabah Şəriəti idmanın inkişafındakı xidmətlərinə görə təltif olunublar.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

