Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu təmsil edəcək

Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu təmsil edəcək

08.05.2025 [15:38]

Gürcüstanın Qori şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.

Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmiz yarışda kişilər arasında 6 çəki dərəcəsində 19 idmançı ilə təmsil olunacaq. Milli komandaya yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Robert Kravçik rəhbərlik edəcəklər.

Turnirdə Babarəhim Mirzəyev, Murad Əliyev, Amin İsmayılov (hamısı 60 kiloqram), Tofiq Məmmədov, Nazir Talıbov, Kənan İsmayılov, Rəşad Yelkiyev, Eltac Yusifli (hamısı 66 kiloqram), Rüfət Şövlətov, Nəriman Mirzəyev, Kamran Süleymanov, Qadir Hüseynov (hamısı 73 kiloqram), Məhərrəm İmamverdiyev (81 kiloqram), Naim Hüseynov, Fəqan Şamilov, İbrahim Ağakişiyev (90 kiloqram), Nihad Şıxəlizadə, Şahin Əsədov və Elmar Qasımov (hamısı 100 kiloqram) mübarizə aparacaq.

Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçiriləcək turnirə 15 ölkədən 199 (146 kişi, 53 qadın) idmançı qatılacaq.

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30