Velosiped idmanının MTB növü üzrə ilk Azərbaycan çempionatı keçirilib
18.06.2014 [09:53]
İyunun 14-də veloparkda velosiped idmanının MTB (dağ velosipedi) növü üzrə ilk Azərbaycan çempionatı keçirilib. 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş yarışda peşəkar velosipedçilərlə yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edib.
Yarışın reqlamentinə əsasən, elit və U-23 yaş qrupunda çıxış edən idmançılar ümumi uzunluğu 2300 metr olan marşrut boyunca 8, yeniyetmə və gənclər 6, həvəskar dağ velosipedçiləri isə 4 dövrə vurublar.
Ölkə çempionatının nəticələrinə gəlincə, həvəskarlar arasında Musa Mikayılzadə, Pərviz İlyasov və Ceyhun Əsədov ilk üç yeri tutublar. Yeniyetmə və gənclərin mübarizəsində 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Kənan Qəhrəmanlı birinci olub. Onun komanda yoldaşı Nicat Qarayev üçüncü nəticəni göstərib. Gümüş medala isə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçisi Tərlan Məmmədov layiq görülüb.
Elit və U-23 yaş qrupunda Azərbaycan çempionu adına və xüsusi çempion köynəyinə “Synergy Baku” komandasının üzvü Aqşin İsmayılov layiq görülüb.
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov dağ velosipedi üzrə ölkə çempionatının əhəmiyyətindən danışaraq bildirib ki, yarışın respublikamız üçün əlamətdar gün - Milli Qurtuluş Gününə həsr edilməsi rəmzi məna daşıyır: “Çünki hazırda olduğumuz velopark ötən əsrin 70-ci illərində məhz Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və iştirakı ilə salınmışdır. Bu yarışın Azərbaycanda dağ velosipedinə marağı artıracağına inamımız böyükdür. Çünki gələn il təşkil olunacaq ilk Avropa Oyunlarının proqramında velosiped idmanının şosse, BMX və dağ velosipedi növü üzrə yarışlar vardır. Əsas məqsədimiz idmançılarımızın uğurlu çıxışına nail olmaqdır”.
Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq.
Xəbər lenti
Hamısına baxSosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22

