/ / Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Avropa Oyunlarına həsr olunan yürüş keçirilib
Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Avropa Oyunlarına həsr olunan yürüş keçirilib
12.07.2014 [11:28]
İyulun 11-də Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan yürüş keçirilib.
Kann şəhərinin məşhur Kruazet bulvarında təşkil olunan yürüşə hazırlıq səhər saatlarında iştirakçıların siyahıya alınması və onlara üzərində “Bakı-2015 - ilk Avropa Oyunları” sözləri yazılmış idman formalarının paylanması ilə başlayıb. Onlarla şəhər sakininin, turistlərin qatıldığı yürüşdə iştirak etmək üçün təxminən 100-dən çox şəxs qeydiyyatdan keçib.
Mərasimdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının ölkəmizdən kənarda baş tutan ilk təqdimatının uğurlu olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, hazırda Oyunlara ciddi hazırlıq gedir və Azərbaycan bu beynəlxalq idman tədbirini yüksək səviyyədə keçirmək əzmindədir. A.Rəhimov təşkil olunan bu yürüşün də Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Oyunlarının təbliği baxımından mühüm addım olduğunu bildirib.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi və Kruazet bulvarı boyunca davam edən yürüşə start verilib.
Artıq Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkədə yeni idmançı nəslinin yetişməsini qarşıya əsas məqsəd qoyan dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğı gənclərimizin beynəlxalq yarışlarda yüksək nəticələr qazanmasına gətirib çıxarıb.
Azərbaycan 2015-ci ildə daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. İlk Avropa Oyunları Bakıda keçiriləcək. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin təzahürüdür. Digər tərəfdən Bakının 2015-ci il Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları da artıq təsdiqləyib. Bunu şərtləndirən əsas amillər isə ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə, əlverişli coğrafi mövqeyə, güclü idman infrastrukturuna, ən başlıcası beynəlxalq yarışları keçirmək təcrübəsinə malik olmasıdır.
Finiş xəttinə birinci olaraq Kannın gənc sakini Maksons Vadelin çatıb. Yürüşü ikinci başa vuran isə Fransada təhsil alan həmyerlimiz F.Abuzərli olub.
Daha sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Yürüşün qaliblərinə fəxri fərman və gələn il keçiriləcək ilk Avropa Oyunlarına baxmaq üçün Bakıya səfər biletləri təqdim olunub. Birinci yeri tutan Maksons Vadelinə mükafatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim edib.
Maksons Vadelin deyib: “Çox sevinirəm. Güclü qaçış həvəskarları arasında birinci olmaq həqiqətən də sevindiricidir. İndi bu sevincə gələn il keçiriləcək Avropa Oyunları zamanı sizin ölkənizə gəlmək də əlavə olundu. İnanıram ki, haqqında çox eşitdiyim paytaxtınız Bakı mənim xatirimdə silinməz iz buraxacaqdır”.
Sonda Heydər Əliyev Fondunun hədiyyəsi olan elektromobilin sahibinin lotereya əsasında yürüş iştirakçıları arasından müəyyən olunması ilə bağlı oyun keçirilib. Kann sakini xanım Martin Mağmadanın bəxti üzünə gülüb və o, maşına sahib olub.
Bu mərasim bir daha təsdiqləyib ki, beynəlxalq və iqtisadi əhəmiyyəti ilə seçilən Avropa Oyunları ölkəmizin yürütdüyü idman siyasətinə dünyada verilən önəmin təzahürüdür. Digər tərəfdən bu, dünya idman aləminə əsas mərkəzlərdən biri kimi daxil olan ölkəmizdə idmana münasibətin hər zaman yüksək səviyyədə olmasına sübutdur.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15

