“Bakı-2015” basketbol üzrə 3x3 yarışları üçün komandaların adlarını açıqlayıb
09.10.2014 [09:36]
Oktyabrın 8-də “Bakı-2015” Avropa Oyunları basketbol üzrə 3x3 yarışlarında mübarizə aparacaq kişilərdən və qadınlardan ibarət millilərin (hər biri üzrə 16 komanda) adlarını təsdiq edib.
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, təsnifat siyahısına uyğun olaraq, kişilər arasında yarışlarda Rumıniya, Sloveniya, Litva, Yunanıstan, Serbiya, Belçika, İspaniya, Estoniya, İsrail, Rusiya, Azərbaycan, Türkiyə, Çexiya, İsveçrə, İtaliya və Andorra komandaları mübarizə aparacaq.
Qadınlar arasında idman mübarizəsində isə Rusiya, Sloveniya, Belçika, Niderland, Litva, Rumıniya, Türkiyə, İsveçrə, Ukrayna, İspaniya, İrlandiya, Çexiya, İsrail, Yunanıstan, Slovakiya və Azərbaycan milliləri qızıl medallar uğrunda yarışacaq.
“Bakı-2015” Avropa Oyunlarının Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib: “Biz ilk Avropa Oyunlarının başlanmasına geri qalan günləri sayırıq. Belə bir zamanda idman yarışlarında mübarizə aparacaq milli komandaların adlarını təsdiq etmək çox xoşdur. “Bakı-2015”in basketbol üzrə 3x3 yarışlarında öz ölkələrinin iştirakını təmin etmiş bütün idmançılara təbriklərimi çatdırıram və onları gələn il Oyunlarda səbirsizliklə gözləyəcəyimizi bildirirəm”.
Dörd gün davam edəcək yarışlar 2 min tamaşaçı tutumlu müvəqqəti Basketbol Arenasında keçiriləcək. Qarşılaşma iki komanda arasında mövqe hücumundan başlayacaq. Yarışları təqribən 250 milyondan çox insanın izləyəcəyi gözlənilir.
“Bakı-2015”in idman şöbəsinin direktoru Pirs O’Kallahan deyib: “Yeni və innovativ idman növlərindən biri bizim proqramımıza daxil edildiyi üçün basketbol 3x3-ə maraq böyük olacaq. İlk Avropa Oyunlarının çempionu olmaq uğrunda gərgin mübarizə aparılacaq. Bu, dünyada ən sürətlə yayılan idman növlərindən olduğu üçün biz Avropa Oyunlarına start verəndə insanların böyük marağını gözləyirik”.
Xəbər lenti
Hamısına baxİdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57

