İlk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan dövlətinin böyük nailiyyətidir
25.04.2015 [11:57]
İdman ictimaiyyətinin nümayəndələri paytaxtımızın bu idman bayramına tam hazır olduğunu vurğulayırlar
Azərbaycanda idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində ölkəmiz Avropanın idman mərkəzlərindən birinə çevrilib. Başqa sözlə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Məhz bunların fonunda birinci Avropa Oyunlarının ölkəmizə etibar edilməsi təsadüfi xarakter daşımır. Ölkəmiz bu mötəbər beynəlxalq idman yarışının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işlərini intensiv şəkildə uğurla davam etdirir və əminliklə qeyd edilə bilər ki, Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır.
Ümumiyyətlə, birinci Avropa Oyunlarının miqyası kifayət qədər böyükdür. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki birinci Avropa Oyunlarının çox innovativ olacağını və adi yarışmalarda olmayan müxtəlif idman növləri ilə seçiləcəyini xüsusi nəzərə çatdırıb. Azərbaycanın idman ictimaiyyəti də ilk Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirir. Ümumi qənaət ondan ibarətdir ki, Azərbaycan Avropanın tarixində ilk dəfə keçiriləcək bu yarışmanı Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə başçısı İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir. Ölkəmizin idman sahəsində bir sıra uğurlara imza atdığını deyən Xəzər İsayev idmançılarımızın hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu və onların bu yarışlarda uğurlu nəticələr əldə edəcəyinə inandığını bildirib: “Belə bir yarışın keçirilməsi ideyası Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda səfərdə olarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüşdü. Dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında birinci Avropa Oyunlarının 2015-ci ildə 38 dövlətin dəstəyi ilə Bakıda keçirilməsi haqqında qərar qəbul edilib”.
Onun sözlərinə görə, rəqabətin olmasına baxmayaraq, 42 ölkədən 38-nin səs verməsi nəticəsində Oyunlara ev sahibliyi Bakıya verildi: “Əminəm ki, bu qərar Avropada və dünyada Azərbaycanın nüfuzunu daha da artıracaq. Azərbaycan Avropa Oyunlarının ilk keçirildiyi ölkə kimi tarixə yazılacaq. Bu, həm də böyük məsuliyyətdir. Əminəm ki, ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları tarixə düşəcək və biz bu yarışa ev sahibliyini müvəffəqiyyətlə həyata keçirəcəyik”.
İlk Avropa Oyunlarının Bakıda keçirilməsinin böyük bir tarixi hadisə olduğunu deyən sərbəst güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev də Avropa tarixində ilk dəfə təşkil olunan bu Oyunların məhz Azərbaycana həvalə edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, bu yarışların ölkəmizdə keçirilməsini Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən, idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən ən yüksək qiymət kimi dəyərləndirib: “Bilirsiniz ki, ölkə başçısı İlham Əliyev hər zaman idmana və idmançılara böyük diqqət və qayğı göstərib. Dövlət başçısının diqqət və qayğısı sayəsində idmançılarımız Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında dəfələrlə inamlı qələbələr qazanıblar. Bu gün ölkəmizdə müasir idman infrastrukturunun yaradılması istiqamətində çox böyük işlər həyata keçirilir və hazırda bu sahədə müvafiq tədbirlər davam etdirilməkdədir. Bütün bunlar ilk Avropa Oyunlarının ölkəmizdə yüksək şəkildə keçiriləcəyini deməyə əsas verir. Mən inanıram ki, birinci Avropa Oyunlarında idmançılarımız da ölkəmizi yüksək səviyyədə təmsil edəcək və Azərbaycanın üçrəngli bayrağını dalğalandırmağa nail olacaqlar”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50

