“Bakı-2015”: Birinci Avropa Oyunlarının məşəli Şirvanda
06.05.2015 [10:41]
Mayın 5-də Neftçala rayonunda yandırılan birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərinə gətirilib. Rayon sakinləri yürüş iştirakçılarını alqışlarla qarşılayıblar.
AZƏRTAC xəbər verir ki, Şirvan şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi olub.
Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli Şirvan şəhər Mədəniyyət İdarəsinin rəqs dərnəyinin müəllimi Cavid Ziyadi qəbul edib.
Sonra Bayraq meydanından Heydər Əliyev prospekti, Naxçıvan və M.Ə.Rəsulzadə küçələri boyunca məşəl yürüşü başlanıb. 3,8 kilometr məsafə qət edən 10 idmançı növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev meydanına gətiriblər.
Meydana toplaşanların alqışları altında səhnəyə qalxan Şirvan şəhər 12 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aydın Əliyev birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. 16 yaşlı karate üzrə dünya və Avropa çempionu Fərid Abbasov Avropa Oyunlarının çırağını yandıraraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayona təhvil verib.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Şəhər sakinləri birinci Avropa Oyunlarının məşəlinin Şirvana səfərini böyük sevinclə qarşılayıblar. Şirvan şəhər veteranlar şurasının sədri Musa Quliyev təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Bu gün bütün şirvanlılar kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Birinci Avropa Oyunlarının məşəli şəhərimizdə şölələndi. Bu, tarixi hadisədir. Dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda ilk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada qazandığı nüfuzdan, onun güclü dövlət olmasından xəbər verir. Bəli, Azərbaycan güclü dövlətdir. Həyatımızın bütün sahələrində qazanılan uğurlar bunu aydın göstərir. İnanıram ki, belə tədbirlər yaxın vaxtlarda düşmən tapdağı altında qalan torpaqlarımızda da keçiriləcək”.
Hərbi müəllim Təbriz Həşimov da söhbətə qoşularaq əlamətdar hadisə - birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə təbriklərini çatdırıb, idmançılarımızın bu mötəbər yarışlarda da uğur qazanacağına əminliyini ifadə edib.
Birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərindən sonra Hacıqabul rayonuna yola salınıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06

