“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı başa çatıb
13.05.2015 [10:07]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı başa çatıb. Festivalın liderlər turniri adlandırılan “A” turnirinin qalibi azərbaycanlı qrossmeyster Eltac Səfərli olub. İkinci yerə azərbaycanlı qrossmeyster Qədir Hüseynov, üçüncü yerə isə gürcüstanlı Levan Pantsulaya çıxıb.
AZƏRTAC xəbər verir ki, “A” turnirində, ümumilikdə, 25 zəka sahibi mükafatlandırılıb.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qalibləri səhnəyə dəvət edərək, onlara mükafatları təqdim edib.
Əvvəlcə “C” turnirində 8 yaşadək olan idmançılar mükafatlandırılıblar.
Bu yaşdan olan oğlanlar arasında Şamil Məmmədov (Sumqayıt), Əli Züqanov (Bakı), Zahid Allahverdiyev (Naxçıvan), qızlar arasında isə Nurtac Heydərli (Bakı), Aydan Şükürova (Bakı) və Səmra Qasımova (Füzuli) müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutublar.
“C” turnirinin 10 yaşlı oğlan şahmatçılarının mübarizəsində 1-ci yerə Mətin Salmanov (Cəbrayıl), 2-ci yerə Xəqani Qarayev (Sumqayıt), 3-cü yerə Sadiq Qarayev (Naxçıvan) çıxıblar. Bu yaş qrupunda qızların mübarizəsində isə Zərrin Məmmədli (Naxçıvan), Jalə Kərimli (Ucar) və Nərgiz Abdullayeva (Goranboy) ilk üç pillədə qərarlaşıblar.
“C” turnirinin qalibləri adını qızlar arasında Ləman Hacıyeva (Bakı), Gülçin Heydərova (Masallı) və Aysel Dünyamalıyeva (Naxçıvan), oğlanlar arasında isə Mətin Mürsəlli (Bakı), Atilla Eynullayev (Bakı) və Qafar Bədəlov (İsmayıllı) qazanıblar.
“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının “B” turnirinin qalibi Bakı şəhərindən olan şahmatçı Vəli Zeynalzadə olub. 2-ci yerə Elvin Bayramov (Quba), 3-cü yerə isə Naxçıvan şahmatçısı Toğrul Həsənzadə çıxıb.
Reytinq əmsalı 0-1749 xal olan şahmatçılardan Kamil Rzayev (Naxçıvan), Həsən Rəhimov (Naxçıvan) və Xəzər Babazadə (Biləsuvar), 1750-1999 reytinq əmsalları olan İlkin Rəhimli (Bakı), Anar Baxışov (Cəlilabad) və Vüqar Əsgərov (Ucar) mükafata layiq görülüblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

