Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Sadiq Mirzəzadə: Birinci Avropa Oyunları Azərbaycana yalnız və yalnız uğur gətirəcək

Sadiq Mirzəzadə: Birinci Avropa Oyunları Azərbaycana yalnız və yalnız uğur gətirəcək

21.05.2015 [09:43]

“Birinci Avropa Oyunları Azərbaycana yalnız və yalnız uğur gətirəcək. Bu Oyunlardan qazanan Azərbaycan dövləti və Azərbaycan xalqı, eyni zamanda, dünya idmanı olacaq”. Bunu fəal gənc Sadiq Mirzəzadə deyib. Onun sözlərinə görə, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, ilk növbədə, ölkəmizin beynəlxalq aləmdə daha da tanınmasına səbəb olacaq: “Məlum olduğu kimi, 16 gün davam edəcək yarışları izləmək üçün Azərbaycana 2500-dən artıq xarici jurnalist gələcək. Eyni zamanda, yarışlar dünyanın yüzə yaxın ölkəsində yayımlanacaq. Bu da o deməkdir ki, 16 gün ərzində bütün dünya, Avropa məkanı Azərbaycandan bəhs edəcək. Bu da sözsüz ki, ölkəmizin təbliğatı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün bütün Azərbaycan xalqı səbirsizliklə “Bakı-2015” birinci Avropa Oyunlarının başlanmasını gözləyir. Ölkəmizin hər bir guşəsində Avropa məşəlləri dolanır. İnsanlar böyük coşğu ilə bu məşəli qarşılayırlar. Bütün bunlar isə biz gənclərdə ancaq qürur hissi yaradır”.
Vüsalə CAVANŞİR

Paylaş:
Baxılıb: 2003 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31