Oqtay Məmmədov: İdman ölkələri və xalqları birləşdirən önəmli vasitədir
02.06.2015 [16:36]
“İdman ölkələri və xalqları birləşdirən önəmli vasitədir”. Bunu qəzetimizə açıqlamasında Azərbaycan Karate Federasiyasının məşqçisi, idman veteranı Oqtay Məmmədov deyib. Onun sözlərinə görə, idman və mədəniyyət sahəsində həyata keçirilən istənilən beynəlxalq tədbir birmənalı şəkildə ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Bu baxımdan, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan bu gün dünyada və Avropada idman ölkəsi kimi tanınır. Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Buna ölkəmizdə keçirilmiş Dünya, Avropa çempionatlarını da əlavə etsək, görərik ki, doğrudan da, Azərbaycanda idman uğurla, eyni zamanda sürətlə inkişaf edir və idmanın kütləviliyi təmin olunur”.
Oqtay Məmmədov, həmçinin, yarışların idmançılarımıza böyük stimul verdiyini də bildirib: “Bu yarışların Bakıda keçirilməsi idmançılarımızı qürurlandırmaqla yanaşı, böyük ruh yüksəkliyi də yaradıb. Onlar var gücləri ilə bu yarışlara hazırlaşır və doğma azarkeşlər qarşısında çıxış etməyin nə dərəcədə məsuliyyətli olduğunu yaxşı anlayırlar. Ümidvaram ki, onların bu əziyyətləri hədər getməyəcək və idmançılarımız bizə yenidən qələbə sevinci yaşatmağı bacaracaqlar”.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

