Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Birinci Avropa Oyunları keçiriləcək arenalar və onların ətrafında yerləşən təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması təmin edilib

Birinci Avropa Oyunları keçiriləcək arenalar və onların ətrafında yerləşən təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması təmin edilib

11.06.2015 [09:33]

Vergilər Nazirliyi respublikamızda ilk dəfə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində nağdsız ödənişlərin həyata keçirilməsinin təmin edilməsi üçün POS-terminalların quraşdırılması və onlardan istifadə qaydalarına əməl olunması ilə bağlı tədbirləri davam etdirir.
Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də, birinci Avropa Oyunları keçiriləcək 18 arena və onların ətrafında yerləşən təsərrüfat subyektlərindəki müxtəlif ticarət, əyləncə, ictimai-iaşə və s. obyektlərində POS-terminalların quraşdırılması başa çatdırılıb. Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir şəhəri üzrə isə 1929 ədəd POS-terminalın quraşdırılması təmin edilib, birinci Avropa Oyunları keçiriləcək arenalar və onların ətrafında yerləşən obyektlərdə POS-terminallardan istifadə olunma qaydalarına əməl olunmasının nəzarətdə saxlanılması üçün həmin ərazilərə vergi orqanlarının əməkdaşları təhkim edilib.
Bütövlükdə, ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb ki, onların da 62,4 faizi Bakı şəhərinin, 37,6 faizi isə digər şəhər və rayonların payına düşür.

 
Paylaş:
Baxılıb: 1190 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30