/ / Nazir Azad Rəhimov: Birinci Avropa Oyunları idmançılara gələcək Olimpiya Oyunları üçün böyük imkanlar yaradacaq
Nazir Azad Rəhimov: Birinci Avropa Oyunları idmançılara gələcək Olimpiya Oyunları üçün böyük imkanlar yaradacaq
18.06.2015 [09:32]
Birinci Avropa Oyunları idmançılara gələcək Olimpiya Oyunları üçün böyük imkanlar yaradacaq. Bizim “Zəfər günləri”miz davam edir. Bu yarışlar idmançılar üçün böyük sınaqdır. Yarışlarda 12 idman növü lisenziya xarakterlidir. Bu, idmançılara gələcək Olimpiya Oyunlarında iştirak üçün geniş şanslar yaradır. Nəticələrdən çox razıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov iyunun 17-də ötən yarış gününün yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Hazırda Azərbaycan yığmasının 18 medalla ikinci yerdə qərarlaşdığını söyləyən Azad Rəhimov bütün yarışlara tamaşaçılar tərəfindən böyük diqqətin olduğunu vurğulayıb. Nazir deyib ki, bu gün Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin 70 yaşı tamam olur. Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində Patrik Hikkinin böyük xidmətləri var. Xalqımız və idman ictimaiyyətimiz adından AOK-un prezidentini təbrik edir, ona dərin minnətdarlığımı bildirirəm.
İdmançılara və nümayəndə heyətlərinə xidmətin təşkilindən danışan Azad Rəhimov bu sahədə hər şeyin yüksək səviyyədə olduğunu bildirib. Nazir deyib ki, həqiqətən bu günlərdə səhiyyə işçilərimiz, digər xidmət sahələrinin işçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər: “Prosesin gedişindən məmnunam. İnsanların simasındakı təbəssümü, bayram ab-havasını, könüllülərin fədakarlığını qonaqlarımızın hər biri dərin razılıq hissi ilə qeyd edir. Yarışları izləməyə gələnlər arasında gənclərin çoxluq təşkil etməsi Azərbaycanda idmana yüksək marağın göstəricisidir”.
Avropa Velosiped İdmanı İttifaqının baş katibi Enriko Dellakasa təşkilatçılığa görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. Yarışların yüksək standartlar səviyyəsində təşkilindən məmnunluğunu dilə gətirən Enriko Dellakasa Oyunlara böyük tamaşaçı marağının olduğunu vurğulayaraq deyib: “Könüllülər olmasaydı belə bir mötəbər idman bayramını təşkil etmək mümkün olmazdı. Dağ velosipedi üzrə altı medal yarışları keçirildi. Artıq iyunun 20-21-də şosse velosiped idmanı üzrə yarışlar keçiriləcək. Təşkilatçılar gözəl marşrut yaradıblar. Yarışlar başa çatacaq. Amma gözəl Azərbaycan, füsunkar Bakı və unudulmaz açılış mərasimi uzun illər xatirəmizdə yaşayacaq. Mən Azərbaycanda idmana bu səviyyədə diqqət və qayğını təsəvvür etmirdim. Sözün əsl mənasında fantastikadır. Azərbaycan Prezidentinin idmana, idmançılara, ümumiyyətlə ölkənin inkişafına bu səviyyədə diqqət və qayğısı şəxsən məni heyran etdi. Bu barədə həmkarlarımla tez-tez söhbət edirik. Biz bundan sonra Azərbaycanın xaricdə bir növ təbliğatçıları olacağıq. Təşkilat səviyyəsi yüksək standartlara uyğundur”.
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iyunun 16-da idmanın beş növü üzrə medallar qazanıldığını, Mingəçevirdə avarçəkmə yarışlarının artıq başa çatdığını bildirib.
Ötən yarış günü doqquz idman məkanında 23 mindən çox tamaşaçının idmançıların çıxışlarını izlədiyini söyləyən Saymon Kleq bunun çox yaxşı göstərici olduğunu bildirib. Hazırda Atletlər kəndində 5 min 115 idmançının yaşadığını diqqətə çatdıran Saymon Kleq deyib: “İyunun 17-də keçirilən yarışlara ilkin məlumata görə 30 min tamaşaçının gələcəyi gözlənilir. Bu gün stolüstü tennis üzrə yarışlarda 11 medal təqdim olunacaq. Meydançalarda atletikadan akrobatika idman növünə keçid prosesi uğurla davam edir. Hazırlıq işləri gözlənilən vaxtda başa çatacaq. Aerobika üzrə sınaqlar keçirilir. Bu gündən etibarən velosiped yarışı ilə əlaqədar bəzi istiqamətlərdə yollar bağlanacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

