İdmanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir
04.06.2016 [09:25]
Azərbaycanda gənc nəslin sağlam böyüməsi, fiziki və mənəvi cəhətdən inkişaf etməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə dövlət tərəfindən davamlı tədbirlər görülür - Dövlət proqramları qəbul və icra edilir.
Ümumiyyətlə, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək üçün, ilk növbədə, müasir infrastrukturun yaradılması vacibdir. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir.
Ölkəmizdə idmanın davamlı inkişafı fonunda müsbət göstəricilərin və nailiyyətlərin qeydə alındığı sahələrdən biri də gimnastikadır. Xüsusilə də Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın fəaliyyətində respublikamızda idmanın və onun bir sahəsi olan gimnastikanın inkişafına dəstək önəmli yer tutur.
Sevindirici haldır ki, hazırda ölkəmizdə idmanın bu növünə üz tutanların sayı artmaqdadır. Əksər valideynlər övladlarının gimnastika sahəsində öz sözünü deməsi, ən əsası, fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün onları bu sahəyə istiqamətləndirir. Bu isə, öz növbəsində, milli gimnastika kadrlarının hazırlanması baxımından da böyük əhəmiyyət daşıyır.
Belə istedadlardan biri də Əsmər Elnur qızı Kərimovadır. 2013-cü ildən Bakı Gimnastika Məktəbində (BGM) idmana başlayan Əsmər, bu qısa müddət ərzində çoxsaylı nailiyyətlərə imza atıb. Qeyd edək ki, Ə.Kərimova 7 aprel 2015-ci il tarixində “Təhsil Kuboku”nda II yer tutaraq gümüş medal sahibi olub. Bundan öncə - 18 mart 2015-ci il tarixində “İOEUGGM” müsabiqəsində I yerin sahibi olaraq qızıl medal qazanan Əsmər bunlarla yanaşı, Novruz Kuboku (27 mart 2015), Təsnifat Yarışı (23 dekabr 2014) və Şəxsi Məktəb Birinciliyində (27 iyun 2014) qızıl medala sahib olub.
Xəbər lenti
Hamısına baxSosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51

