KİV nümayəndələrinin futbol bayramı
23.06.2009 [11:28]
ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 40 illiyinə həsr edilən KİV komandaları arasında futzal üzrə “Xatirə Kuboku” turnirində ilk turun oyunları keçirildi. “Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı ilə keçirilən turnirdə 16 KİV orqanının komandası əsas mükafat uğrunda mübarizə aparır.
Tədbirin açılış mərasimində çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ümummilli liderin xatirəsinə həsr edilən belə bir turnirin keçirilməsinin əhəmiyyətinə toxundu. Baş redaktor çıxışında qeyd etdi ki, Azərbaycanın bugünkü inkişafının əsası Ulu öndərin ilk dəfə hakimiyyətdə olduğu dövrdə qoyulub. Məhz həmin illərdə görülən işlər nəticəsində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ölkəsindən inkişaf etmiş sənaye ölkəsinə çevrildi. Hikmət Babaoğlu vurğuladı ki, Azərbaycanın müstəqil mətbuatı inkişafına və əldə etdiyi nailiyyətlərinə görə ulu öndərə minnətdardır və KİV orqanları bunu hörmətlə xatırlayır. ümummilli lider söz və mətbuat azadlığının inkişafına xüsusi diqqət ayıraraq ölkədə müstəqil mətbuatın formalaşması üçün lazım olan bütün addımları atıb. Mətbu orqanların borclarının silinməsi, KİV-lərin inkişafı ilə bağlı müxtəlif sərəncamların verilməsi Azərbaycanda müstəqil mətbuatın inkişafında müstəsna rol oynayıb.
Baş redaktor qeyd etdi ki, “Xatirə Kuboku” turnirinin keçirilməsində də əsas məqsəd Ulu öndər Heydər Əliyevin gördüyü bu işləri bir daha yada salmaq və onu gənc nəslə lazımi şəkildə çatdırmaqdır. Hikmət Babaoğlu turnirdə iştirak edən komandalara uğurlar arzulayaraq çıxış üçün sözü YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadəyə verdi.
Millət vəkili “Yeni Azərbaycan” qəzetinin belə bir təşəbbüslə çıxış edərək KİV orqanları arasında futzal turniri təşkil etməsini yüksək qiymətləndirdi. A.Mirzəzadə bildirdi ki, Azərbaycan keçmiş SSRİ dönəmində ittifaqın ən geridə qalmış müttəfiq respublikalarından biri idi. Amma 1969-cu ildə Ulu öndər Heydər Əliyev ilk dəfə hakimiyyətə gələndən sonra vəziyyət dəyişdi. Qısa müddət ərzində görülən işlər nəticəsində Azərbaycan ittifaqın inkişaf etmiş ölkələrindən birinə çevrildi. Cəmiyyət həyatının bütün sferalarında aparılan köklü dəyişikliklər Azərbaycanı çiçəklənən, keçmiş ittifaqın digər respublikaları ilə rəqabət aparmağı bacaran bir respublikaya çevirdi. Həmin illərdə ölkədə mənzil fondu 2 dəfə artdı, 250-dən çox müəssisə yaradıldı ki, bu milyondan çox iş yeri demək idi. Yeni ali məktəblər yaradıldı, hərbi məktəblərdə təhsil alan azərbaycanlıların sayı artdı. Millət vəkili bildirdi ki, “Xatirə Kuboku” turnirinin keçirildiyi baza və onun ətrafında ucalan binaların hamısı məhz ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətdə olduğu illərdə tikilib. Ulu öndər məhz həmin illərdə gördüyü işlərlə bugünkü müstəqil Azərbaycan üçün əsas yaratmışdı. Ona görə də, belə bir turnirin dördüncü hakimiyyət adlandırılan KİV orqanları arasında keçirilməsi böyük əhəmiyyət daşıyır.
Daha sonra çıxış edən Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov bütün iştirakçıları turnir münasibətilə təbrik etdi. Federasiya rəhbəri vurğuladı ki, bu gün Azərbaycanda futzal idman növü kimi çox inkişaf edib. Bunun nəticəsidir ki, yeni reytinqə əsasən Azərbaycanın futzal üzrə yığma komandası Avropada 12 komanda arasında yer alır. Futzal üzrə ölkə çempionu olan “Araz” klubu isə Avropa ölkələrinin komandaları arasında reytinqə görə 6-cıdır. ölkədə futzal və böyük futbolun inkişaf etdirilməsi üçün mühüm işlər görüldüyünü diqqətə çatdıran federasiya rəhbəri yarış iştirakçılarına uğur arzuladı: “Güclü qalib gəlsin”.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev də çıxışında turnirin əhəmiyyətinə toxundu və yarış iştirakçılarını ədalətli mübarizəyə dəvət etdi.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu oyunların keçiriləcəyi meydançaların yüksək səviyyədə hazırlanmasına görə bazanın rəhbəri, futbol veteranı Oqtay Abdullayevə təşəkkür etdi. Bundan sonra AFFA-nın yarışa təyin etdiyi hakimlərin fitinin səslənməsi ilə mübarizəyə start verildi.
ANAR
Xəbər lenti
Hamısına baxMədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52

