/ / “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun 2-ci günü “Synergy Baku” üçün uğurlu nəticə ilə yadda qalıb
“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun 2-ci günü “Synergy Baku” üçün uğurlu nəticə ilə yadda qalıb
05.05.2017 [10:09]
Komandamızın üzvü Kiril Pozdnyakov bu mərhələdə 3 fəxri kürsünü əldə edib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü Azərbaycanın “Synergy Baku” kontinental komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışının 186,5 km-lik Bakı-İsmayıllı mərhələsində Azərbaycanın Elit yığması və “Synergy Baku” kontinental klubunun üzvü Kiril Pozdnyakov hamını qabaqlamaqla qalibiyyət sevinci yaşayıb.
Məsafəni 4 saat, 47 dəqiqə, 49 saniyəyə başa vuran velosipedçimiz ən yaxın izləyicisi, Ukraynanın “Kolss” komandasının üzvü Oleksandr Polivodanı 38 saniyə qabaqlamaqla solo-finiş edib. İsrailin “İsrael Cycling Academy” komandasının üzvü Dennis van Vinden isə liderdən 42 saniyə geri qalmaqla 3-cü yeri tutub. “Synergy Baku”nun digər üzvləri Yosip Rumaç 14-cü, Elçin Əsədov 32-ci, Samir Cəbrayılov 52-ci, Elgün Əlizadə 54-cü, Ənvər Asanov isə 78-ci olub.
Mərhələ qalibiyyəti Kiril Pozdnyakovu həmçinin ümumi təsnifatın liderliyinə də yüksəldib və o, mavi rəngli “Synergy” köynəyinə yiyələnib. Bundan başqa, velosipedçimiz aralıq sprintlərində hamıdan çox xal toplamaqla ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyinə də sahib çıxıb.
Mərhələnin ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli “AZAL” köynəyi Ukraynanın kontinental “Kolss” komandasının üzvü Vitali Butsda qalıb. Almaniyanın “Team Sauerland NRW p/b Henley & Partners” klubunun üzvü Feliks İntra isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATAHOLDİNG” köynəyi ilə mükafatlandırılıb.
Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıxov təltif edib.
“Hər şey çox gözəl idi. Sevinirəm ki, qalib gəldim. Son 20 kilometr daha çətin və maraqlı keçdi. Ümumiyyətlə, bu çox vacib mərhələ idi. Ona görə də qalib gəlmək üçün əlimdən gələni etdim. Əvvəlcədən planlaşdırmışdım ki, qrupla birgə hərəkət edim və sona yaxın liderliyi ələ alım. Bundan sonra da taktikamız dəyişməyəcək. Məqsədimiz ümumi yarışda qalib gəlməkdi” - deyən mərhələ qalibi Kiril Pozdnyakov ən çətin dağ mərhələsi hesab olunan 4-cü yarış günündə də özünü daha şanslı hesab etdiyini vurğulayıb.
Mayın 5-də yarışın 3-cü mərhələsi keçiriləcək. Bu dəfə iştirakçılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 177 km məsafə qət edəcəklər. Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45

