Cüdo yarışlarının ikinci günündə idmançılarımız 2 qızıl və 2 gümüş medal əldə ediblər
16.05.2017 [09:25]
Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə atletlərimiz 2 qızıl və 2 gümüş medal əldə ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Məmmədəli Mehdiyev komandamızın aktivinə ilk qızıl medalı əlavə edib. O, finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi üzərində ipponla qələbə qazanıb. Bu çəkidə bürünc medallara türkiyəli Batuhan Efemgil və Livan idmançısı Nasif Elias sahib olublar.
Çəkisi 100 kiloqram olan kişilərin mübarizəsində finalda Azərbaycanın iki titullu cüdoçusu - dünya və Avropa çempionu Elxan Məmmədov ilə Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov qarşılaşıb. Rəqibini ipponla məğlub edən Elxan Məmmədov “Bakı-2017”nin qalibi olub.
Bu çəki dərəcəsində üçüncü yeri Əlcəzair idmançısı Lyes Buyakub və Birləşmiş Ərəb Əmirlikləri cüdoçusu İvan Remarenko tutublar.
Qadınların yarışında 78 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska finalda türkiyəli rəqibi Kayra Sayıta məğlub olaraq gümüş medalla kifayətlənib. Bu çəkidə bürünc medal əlcəzairli Sonya Asselahın aktivinə yazılıb.
Digər çəki dərəcələrində kişi idmançıların yarışında iranlı Sayed Mollaei (81 kq) və Qırğızıstan təmsilçisi Yuri Krakovetski, qadınlarda isə özbəkistanlı Gülnoza Matniyazova (70 kq) və Tunis idmançısı Sarra Mzuqi (78 kq) IV İslam Həmrəyliyi Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qalib idmançıların mükafatlandırılması mərasimlərində medalları atletlərə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin brend və nişanlar üzrə direktoru Daniel Tomlinson təqdim ediblər.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53

